adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Qaranlıqdan aydınlığa

ZAKİR FƏXRİ
43126 | 2013-05-18 00:26
Paytaxtdan,ayrı-ayrı bölgələrdən, lap elə rayon mərkəzi Masallıdan da bura yolu düşənlərözlərini sanki başqa bir aləmdə, başqa bir məmləkətdə hiss edərdilər. Onunsaldığı kənd, qurduğu sovxoz yamyaşıl bir adaya bənzəyirdi, adı da -"Qızılavar adası..."

Torpağa,əkin-biçinə, tarlalara, bağ-bağata bağlılıq, adamların biri-birinə olansevgisi, isti, doğma münasibəti, səmimiyyəti kənar adama mehriban bir ailənixatırladardı... Toy şənliklərində, hüzür mərasimlərində bir nəfər də olsun özünükimsəsiz, arxasız hiss etməzdi. Bütün qızılavarlıların hamılıqca bir dayağı,bir arxası vardı - evdə də, çöldə-rizdə də Ağa deyə çağırdıqları İsmayıl oğluXalıq Qurbanov.

Özündəmənəvi, əxlaqı dəyərləri, ağalığı yaşadan, bu gün şirin nağıla, dastana dönmüş,şərəfli bir ömür yaşamış Qurban kişinin nəvəsi, İsmayılın oğlu Xalıq Qurbanovahəsr etdiyim bu roman-poemanın bir parçasını oxuculara təqdim edirəm.Qloballaşan dünyanın sinəsində günü-gündən əriyən, itib-batan dəyərlərin,adət-ənənələrin qorunub saxlanılmasında hər kəsin bir mənəvi borcu var. Yoxsaki, bir millət kimi, toplum kimi yer üzündən silinib yox olmamıza nə müharibə,nə də atom bombası gərək... Çox gəzdim, çox dolaşdım - heç bir ölkədə, heç bir millət içində bizimxalqda olan keyfiyyətləri (nə qədər narazı olduğumuz hallar olsa da) -bir-birinə olan sevgini, səmimiyyəti, doğmalığı, yıxılana əl tutmaq istəyini,arxasıza arxa durmaq xislətini görmədim, hiss etmədim... Hər bir xalqınmədəniyyəti, incəsənəti, ədəbiyyatı onun güzgüsüdür. Bütün milli dəyərlərin,adət-ənənələrin yaşamasında, qorunub saxlanılmasında ədəbiyyat qədər gücü olanikinci bir güc görmürəm. Hər bir xalqı yaşadan onun ana dilidirsə - dil və ədəbiyyat əkizdi, özü də birbeşikdə...

***

Hamıdan UcaAllah deyir: - "Ey Adəm övladı!İmanınız saflaşarsa, əməlləriniz də, qanınız və canımız da saflaşar. İmanınızyararsız olarsa, əməlləriniz də, qanınız və cisminiz də yararsızlaşar..."

- "Eyinsan, özünü, insanlara işıq vermək üçün odun əvəzinə yandıranlardan olma!..Dünya sevgisini qəlbindən çıxart. Həqiqətən Mən, Mənə və dünyaya olan sevginibir qəlbdə yerləşdirmirəm..."

- Dünyamalına tamahında həddini aşma, həqiqətən o mal artıq çoxdan bölünüb... Tamahkarinsan - bədbəxtdi, simic - miskindi. Allahın onlara Rəhmi elə də uzun sürməyəcək".

"Dünyamalına görə narahatlıq - böyük bəladı. Həyatın sonu (Axirət) - Haqdı"."Allahın verdiyi ən böyük müdriklik - tövbədi: ən dəyərli varidat - azlaqane olmaqdı; ən doyumlu ərzaq - Allahdan qorxudu..."

... Sən budünyada elə çalışıb-vuruşursan, elə bil sabahı günü ölən - sən olmayacaqsan,var-dövləti elə yığırsan, elə bil burda əbədi yaşayacaqsan..."

"Ey budünyanın olanlar!.. Qaçın sizə tamah salan insandan!.. Sizdən qaçanlara sarıgedin, sizləri kənardan seyr edənin olun!..

"EyAdəm övladı! Sənin bu dünyada yaşamağın - şipşirin balın başınahərlənib-hərlənib, hər dəfə də dolaşıb içinə düşən milçəyin uçuşunabənzəyir..."

"EyAdəm övladı! Sən gəl, Məndən sabahkı günün üçün ruzi tələb eləmə, Mən ki,səndən sabahkı gün edəcəklərini tələb eləmirəm?!."

Hamıdan UcaAllahın kəlamları barədə Məhəmməd Peyğəmbərin söylədikləri.

Ömürdənsəhifələr

Taxıl,çəltik zəmilərini, çoxlu sayda bostan-tərəvəz sahələrini, su dəhnlərini, birsözlə, var-dövlətini "könüllü" olaraq Şura hökumətinə bağışlayanİsmayıl kişinin ailəsi özlərini o illərin amansız bolşevik repressiyalarındanqorumuş oldu... hamı kimi, İsmayıl kişinin ailəsi də o illərin sərtkollektivləşmə dövründə ölkəni bürümüş qıtlığa, ağır həyat şəraitinə tuşgəlmiş, min bir əzab-əziyyətlərə qatlaşmışlar.

Xalıq kişielə o illərdə, 1923-cü ilin 20 iyununda Qızılavarın Dəlləkoba məhəlləsindədünyaya göz açmışdı. Onun ulu babaları bu kəndin təməlini qoymuş ilksakinlərdən olmuşlar. Uşaqlıq illəri çox ağır bir dövrə təsadüf edən Xalıqməktəbə gec getmişdi, - təxminən on yaşında. İbtidai sinfi bitirəndə amansızrepressiyaların başladığı, Sovetlər tarixinin yaddaşında qara ləkə kimi iz buraxmış"37"-ci il idi... Qonşu Bədəlan kəndində səkkizinci sinfi əlaqiymətlərlə başa vuran Xalıq, elə həmin il, 1942-ci ildə ordu sıralarında BöyükVətən müharibəsinə yollandı, - Krım, Novorossiysk, Anapa, Kerç, Tamanyarımadası, Gelençik, "Kiçik torpaq" (Misxakoya) adlanan yerləruğrunda döyüşlərdə fəal iştirak etmiş, qəhrəmanlıqlar göstərmişdi. O, əfsanəvi18-ci orduda, sonralar Sovet rəhbəri olmuş (1964-1982) L.İ.Brejnevlə bir yerdəvuruşmuşdu. Kerç uğrunda gedən qanlı döyüşlərin birində, ağ ciyərindən ağıryaralanan Xalıq hərbi hospitalda səkkiz ay müalicə olunur və 1944-cü ilin mayayında müharibə əlili kimi ordudan tərxis olunub arxa cəbhəyə yola salınır,oradan da vətənə, doğma kəndi Qızılavara qayıdır.

Müharibədəgöstərdiyi şücaətə, igidliklərə görə o, I və III dərəcəli "Şöhrət"ordenləri, I və II dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltifolunur. Bunlar o dövr üçün böyük dövlət mükafatları sayılırdı və demək olar ki,keçmiş Sovet İttifaqı qəhrəmanına bərabər mükafat sayılırdı. Xalıq 1970-ciillərdə keçmiş SSRİ-yə rəhbərlik etmiş Brejnevdən belə təbrik məktublarıalırdı, çünki Brejnevlə bir hərbi hissədə qulluq etmiş, bir yerdə vuruşmuşdu.Olduqca təvazökar və sadə bir adam olduğu üçün bunları yaymır və onu əlində birbayraq etmirdi. 1945-ci ildə Masallıda üç aylıq mühasiblik kursunu bitirib əməkfəaliyyətinə başlayır. 1955-ci ildə axşam fəhlə-gənclər orta məktəbini bitirib,həmin ildə Kənd Təsərrüfatı Akademiyasının (İnstitutunun) zootexnikafakültəsinə daxil olur və 1962-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə başavurur. 1962-ci ilə qədərsə (qiyabi təhsil ala-ala) rayonun Qədirli, Bədəlan,Ərkivan, Tatyan, Qızılavar kəndlərindəki kolxozlarda - kollektivtəsərrüfatlarında baş mühasib, 1962-1964-cü illərdə isə Bədəlan kəndində kolxozsədri işləyir.

1964-cıildən öz doğma kəndi olan Qızılavara, M.F.Axundov adına kolxoza sədr seçilir.Sonralar kolxoz sovxoza çevrilir. Sədr seçiləndən sonra Qızılavarın "qızılgünləri" başlayır. Kəndin sosial və mədəni cəhətdən inkişafı üçün çoxişlər görür - üçmərtəbəli böyük məktəb binası (o zamanlar üçün analoquolmayan...), ikimərtəbəli uşaq bağçası, xəstəxana, məişət evi, poçt-rabitə evi,bir neçə ictimai-iaşə obyektləri, kəndlərarası asfalt yollar çəkdirməyə nailolur. Kəndə qaz, su, telefon xəttinin çəkilməsi işlərini təşkil edir. Rəhbərliketdiyi təsərrüfatı irəli aparmaq üçün yeni torpaq sahələrinin istifadəyəverilməsi işini çox bacarıqla həyata keçirə bilir. Kiçik bir təsərrüfat olanM.F.Axundov adına sovxoz rayonun ən qabaqcıl çayçılıq, tərəvəzçilik və heyvandarlıqtəsərrüfatına çevrilir. Heç kim inana bilmirdi ki, az torpaq sahəsinə, zəifmaddi-texniki bazaya malik olan Qızılavar kəndi necə oldu qısa müddət ərzindərayonun ən qabaqcıl təsərrüfatına çevrildi. Sovxoz keçmiş Sovetlər İttifaqınınvə respublikanın ən yüksək dövlət mükafatları, Keçici Bayraqlarla təltifolundu. Bircə onu demək yetər ki, 1968-ci ildə 222 ton tərəvəzyetişdirilmişdisə, 1987-ci ildə dövlətə 5300 ton tərəvəz, 400 ton yaşıl çayyarpağı, 34 ton ət, 210 ton süd təhvil verilmişdi. Son illər Qızılavarıngörkəmi tamamilə dəyişmiş, yeni, müasir bir yaşayış məntəqəsinə çevrilmişdi.Sovxozun yeni inzibati binası, tibb feldşer-mama məntəqəsi, idman meydançaları,bərbərxana, quşçuluq kompleksi inşa olunub istifadəyə verilmişdi. Artezianquyuları qazılmış, kənd camaatı içməli su ilə təmin olunmuşdu. Bütün evlərelektrik və telefon xətləri ilə təmin edilmişdi. Küçələrdə elektrik dirəklərinəgecə lampaları quraşdırılmışdı. Böyük Vətən Müharibəsində həlak olmuşqızılavarlıların xatirəsinə iki yerdə abidə, kəndin mərkəzində isə Şərqin ilkmaterialist filosofu, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun abidəsiucaldılmışdı. Kənd əhalisi əldə etdikləri gəlirlərin hesabına üstü lığdan olanpalçıq evlərini söküb yerinə yaraşıqlı, müasir daş və bişmiş kərpicdən evlərtikmişdi. Şəxsi minik avtomobillərinin sayı artmışdı. Qızılavar kənddən çoxmüasir tipli qəsəbəyə oxşayırdı.

Xalıqın özüo zamanların ən ali dövlət mükafatları, - "Qırmızı Əmək Bayrağı","Şərəf Nişanı", "Qırmızı Bayraq", "XalqlarDostluğu", "Oktyabr İnqilabı", "Əmək igidliyinə görə"orden və medallarla təltif olunsa da, ömür yolu çox çətin olmuşdu. O zamanların"hakimi-mütləqləri" - rayon rəhbərliyilə işləmək asan məsələ deyildi.Yuxarılarda "arxaları" olan bu rəhbərlərin əksəriyyəti səriştəsizidi. Onlarla dil tapmaq, normal şəraitdə işləmək müşkül məsələydi. Donoslar,yersiz yoxlamalarla onu ləkələməyə çalışanlar çoxuydu. Xalıq kişinin başınaqəribə bir əhvalat da gəlmişdi, ümumirayon müşavirələrinin birində Raykom katibi Xalıqın ünvanına ağır ifadələrsəsləndirir, sonda "səni məhv edərəm" deyir. Səbri tükənən (bunaqədər çox səbirli və təmkinli olan...) Xalıq kişi, icazə almadan ayağadurur, "Siz kimsiniz ki, mənitutdurmaq və məhv etməklə hədələyirsiniz? Müharibə illərində məni faşistlərbelə öldürə bilmədi. Tərbiyən, qanacağın olsun, utan bir, abırsızın biri",- deyib salonu tərk edir.

Bu xəbərildırım sürətiylə rayona, rayon hüdudlarından kənara yayılır. Camaat:"Axır ki, bu "faraonu" öz yerində oturdan bir kişitapıldı", - deyir. Raykom katibi haqqında dolaşan qorxunc mif beləcədağılır...

O zamanlartəkcə Qızılavardan Böyük Sovetlər Birliyinin 900 şəhərinə faraş tərəvəz yolasalınırdı. Olduqca böyük rəqəmdi.

Sovxozdaçalışanların orta əməkhaqqı 300-350 rubl təşkil edirdi ki, bu da o zamanlarüçün böyük, tutarlı əməkhaqqı idi.

Savadlı,təcrübəli mütəxəssis, kamil rəhbər olan Xalıq kişi sübh tezdən tərəvəzsahələrində, çay plantasiyalarında, fermalarda, heyvandarlıq komplekslərində,taxıl, çəltik zəmilərində zəhmət adamları ilə bir yerdə olur, onlarla da birsüfrədə çaya-çörəyə oturardı. Sovxoz direktoru olsa da, özünü sadə kəndcamaatından, zəhmət adamlarından əsla ayırmazdı...

Xalıqadının ona verilməsi, görünür ulu Tanrının - Xaliqin özu tərəfindən rəvabilinmişdir. Uca Yaradan ona adıyla birlikdə paklıq, ağıl, sadəlik, mədəniyyət,ən ülvi hisslər, insanlara gərək olmaq şövqü, ailəsinə, qohumlarına, dostlarınaqarşı hədsiz məhəbbət, elinə, vətəninə sədaqət, Allaha hədsiz dərəcədə inam vədigər əxlaqi keyfiyyətləri də lütfkarlıqla bəxş etmişdi. Xalıq Cənab Allahınalicənab bir qulu idi...

Sankiqeybdən gələn bir səs onu silkələyib daldığı dumanlı düşüncələrdən, qaranlıqfikirlərdən ayırdı: "Görəsən biz hara gedirik?" - başını qaldırıbdilləndi. Gözlərini bayaqdan bəri söhbətləşib dərdləşdiyi Şirvana, İmrana, HacıMüzəffərə dikdi. Onların üçü də - Hacı Müzəffər də, Şirvan və İmran Əbilovqardaşları da onun yaxınları, əzizləri və dostlarıydı. Yaşda onlardan böyükolsa da, həmyaşıd kimiydilər, yaşını büruzə verməzdi, onlarla tay-tuş kimi davranardı.Onlara həm qardaş, həm də övlad gözüylə baxardı.

Xalıq kişigözlərini gah Şirvana, gah Müzəffərə, gah da İmrana dikib verdiyi sualıncavabını eşitmək istəyirdi. Amma özü dərin duyuma, savada, yozuma malik birziyalıydı və verdiyi sualın cavabını da bilməmiş deyildi. Onu ağrıdan, içinigöynədən 34 ilə yaxın rəhbərlik etdiyi, kənd camaatı ilə ələ-ələ, çiyin-çiyinə,alın təriylə, min bir zəhmət hesabına, əzab-əziyyətlə qurduqlarının gözgörə-görə dağılması, talanmasıydı. Taxıl, çəltik zəmiləri, çay plantasiyaları,bostan-tərəvəz sahələri tapdaq altındaydı, baxımsızlıqdan məhv olub gedirdi.Torpağın iniltisi Xalıq kişinin qulaqlarından çəkilmirdi... Fermalardakımal-qara, çay fabrikindəki ləvazimatlartalanıb satılmışdı. Populist Qarabağ, azadlıq şüarları altında ölkədəhərc-mərclik, xaos baş alıb gedirdi. Dünənə qədər bir süfrədə duz-çörəkkəsənlər, bir-birinin xeyir-şərinə şərik adamlar ayrı-ayrı qruplara bölünmüşdü.

- Azadlıqməsuliyyət deməkdi, qanun çərçivəsində hərəkət deməkdi. Azadlıq - təhqir,söyüş, şər-şəbədə demək deyil. Hamı əlini qulağına qoyub ağına-bozuna baxmadanağzına gələni deyir" - deyə üzünü İmrana tutdu. İmran cavan vaxtından üzübəri rəhbər vəzifələrdə çalışmışdı. Kənd təsərrüfatı nazirinin müavinivəzifəsinə (heyvandarlıq üzrə) qədər yüksəlmiş, Nazirlər Kabinetində məsulvəzifə tutmuşdu. - Oğru elə bağırır ki, doğrunun bağrı yarılır. O baş-bu başıcəmi 40 dəqiqəlik təyyarə yolu olan bir ovuc məmləkətin sakinləri neçə cəbhəyəbölünməlidi ki? Səməd Mənsurun bir məşhur şeiri var, yəqin oxumusuz: -

Uyma evdil, xəlqdə yoxdur sədaqət, rəngidir

Məscidümeyxanə rəng, eyşü ibadət rəngidir.

Mey, riya,məşuqə, fəs, hüsnü-vəcahət rəngidir.

Rəngidirhər dürlü matəm, hər məsərrət rəngidir.

Anla, eyəbnayi-xilqət, cümlə xilqət rəngidir.

***

Tapmadımaləmdə bir həmdəm ki, olsun biriya,

Görmədimheç kəsdə bir niyyət qərəzdən maəda,

Külli-əbnayi-bəşəröz nəfsinə olmuş fəda,

Nəfsiuğrunda görərsə hər bəla, hər macəra,

Məsləkəisnad edər, məslək, dəyanət rəngidir.

- Necə dəzamanla səsləşir, - deyə Hacı Cəbrayıl dilləndi.

- Bilirsən,Müzəffər, 1941-1945 müharibə illərində ayrı-ayrı dinlərin, dillərin nümayəndəsiolan Sovet adamının hamılıqca bircə amalı vardı - Vətəni yağı düşməndən azadetmək! Bəs indi? Əslində Qarabağ savaşı ətrafında hamı birləşməliydi, birgəhərəkət etməliydi. Guya bu problemi yaradanı, bir təzyiq kimi istifadə edənibilmirik, içimizə uzanan əlləri görmürük? Rusiya öz təsir dairəsində saxlamaqüçün Azərbaycanda, Gürcüstanda, Moldovada bu tipli problemlər yaratdı. SSRİ-ninçökəcəyini çox-çox əvvəllər bilib Rusiyanın strateji institutları bunlarıplanlı şəkildə gizlicə hazırlayıblar. Başı çıxan-çıxmayan dünyada gedənprosesləri anlayırmış, bilirmiş kimi danışır, populist şüarlarla camaatınbeynini doldurur.

Kənardandüşmənlər, içəridən isə Vətəni beş quruşa satanlar ölkəmizi içindən qurd kimigəmirir. Yüz minlərlə adamsa bu populist şüarlara, vədlərə uyur... Düzdemirəmmi, Şirvan? Böyük siyasətin qoca dəyirmançıları var. Həmin dəyirmançılaristədikləri adamları dən-dən yetişdirib siyasət dəyirmanında bir-birüyütməyindədi. Ucuz, yüngül həyata meyllənənlər nə qədər istəsən. Dəyərlərəriyib itir, mənəviyyat, əxlaq, adət-ənənələr yox olur. Yalan, riya, fırıldaqbaş alıb gedir, zəhmətə, əməyə, torpağa olan sevgi aşınır... Dəhşətdi...

***

Gözlərinəyuxu getmədi. Əynini geyinib eşiyə çıxdı. Kəndin kənarındakı maşın yolunukeçib, kol-kosa bənzəyən yarpaqları quruyub tökülmüş çay kollarının arasıylakiçik təpəyə qalxdı. Bir neçə il öncə bu yerlər yamyaşıl çay kollarıylaörtülüydü, göz oxşayardı. Səhərlər qız-gəlinin plantasiyalardan ucalan gülüşsəsləri, oxuduğu nəğmələr yaxınlıqdakı dağların ətəyinə qədər gedib çıxardı.

Qız-gəlininətri yaşıl çay yarpaqlarının ətrinə qarışıb ətrafı bürüyər, havadan gül-çiçəkqoxusu gələrdi. Qarşıda görünən yamyaşıl dağlar rəssam fırçasından çıxmışfüsunkar, göz oxşayan tabloya bənzəyərdi... ətrafa baxan gözləri yol çəkirdiXalıq kişinin... Səməd Vurğunun məşhur "Dünya" qoşması səsləndiiçində:

Bir dəgörürsən ki, açılan solur,

Düşünən birbeyin bir torpaq olur;

Bir yandanboşalır, bir yandan dolur,

Sirriniverməyir siradaşa dünya.

Əzəldənbelədir çünki kainat,

Cahandaimidir, ömür amanat.

Əldən-ələkeçir vəfasız həyat,

Biz gəldigedərik, sən yaşa, dünya.

Buludlardağılır uzaqda lay-lay,

Yenə özyerində yuvarlanır ay;

Fəqət nəCəlal var, nə də ki Humay,

Nə ömrəacıyır, nə yaşa dünya.

Dərindənköks ötürdü Xalıq kişi... Sahibsiz qalmış torpağın iniltisi gəlirdi qulağına.Gecənin yarısı olsa da, hava o qədər işıqlıydı ki, qarşıdakı dağlar apaydıngörünürdü. Başını qaldırıb gözlərini Aya zillədi. Aya bir salavat da çevirdi.Uşaqlıqdan yadında qalmışdı, - deyərdilər ki, Aya çox baxma, Ay səni çəkibaparar. Nə qədər baxsa da, Ay onu yox, bu bərəkətli torpağı, çölü-düzü özüylə çəkibaparırdı...

Ay işığıyannan keçdin,

Tanımadınyoxsa bizi?

Qaranlıqlaryıxa bilməz

İşıq yıxaryıxsa bizi!

AldanmazdıqAy işığı,

Səndəkinura aldandıq...

Qaranlıqdaöz nurunla

Qurduğuntora aldandıq.

Düşdük toraAy işığı

Əlləşdik,çıxa bilmədik.

Qarşımızıdivlər kəsdi

Güləşdik,yıxa bilmədik...

İşıqlıgələcək, işıqlı günlər, işıqlı dünya, işıqlı həyat... Bəlkə də bu işıqgörüntüdü, adamlar bu görüntüyə aldanıb? İşıqlı günlər, işıqlı həyat, işıqlıcəmiyyəi, işıqlı quruluş, işıqlı dövlət arzusu hansı ürəkdə baş qaldırmayıb ki?Min illərdir ki, bu cür davam edir və hər işıq bildiyimizin sonu qaranlıq...Gündüzlər də yerini axşama, - qaranlığa verir, deyə Xalıq kişi düşündü...

Sərin mehəsirdi. Sübh mehi xırmandan gətirdiyi taxıl qoxusunu havaya çiləmişdi, burnununucundaydı o qoxu.

Xatirələronu uzaq keçmişə apardı. Sapsarı saralmış, dən dolu cərgə-cərgə sünbüllərigörəndə o ruzuya, bərəkətə sevindiyi, üzü-gözü güldüyü günlər yadına düşdü.Əlləriylə sünbüllərin saçaqlarını necə də tumarlayar, oxşayardı Xalıq kişi,canından əziz tutduğu balaları kimi... Necə də nəğməli, çal-çağırlı günlərkeçdi ömürdən... Sünbüllərin arasıyla göydə gəzirmiş kimi dolaşardı...

Bax, bucərgə Tahirin

Bu az oldudeyəsən

İki cərgəMahirin

Bu sıraFədahirin

Bax bubalaca sünbül

Bax busütül-sütül dən

BalacaSübahirin.

Başını yerəəymiş

Bu sünbüldə Şairin.

Bax, busahə dövlətin

Bax, busahə millətin...

- deyə-deyədolaşardı Xalıq kişi, dolaşardı dənli sünbüllərin arasında...

Əkin,biçin, torpağa bağlılıq necə də unuduldu. Dərz-dərz bağlanmış sünbüllər necə dəhəvəslə, sevgiylə xırmanlara daşınar, öküz vəlinə qoşulub döyülər, sonradəyirmanda üyüdülərdi. Adamın burnundan getməzdi taxılın ətri. Sacda bişmişisti fətirə heç yavanlıq da gərək olmurdu... Bunları xatırlaya-xatırlaya içigöynədi, ruhu titrədi. Doluxsunmuş gözlərini sıra dağlara zillədi. Nədənsə,dağlar adamda kövrək, yanıqlı bir qəriblik hissi oyadır, adamı dunyadan qoparıbharasa aparır dağlar...

***

Şəhid verəntorpaq

Yad ayaqlar altında

Özü də bir şəhiddi!

Qəm çəkmə

Xalıq ismayıl oğlu

Heç nəunudulmur...

Unudulmaz zəhmətin

Torpağı sulayan alın tərin

Allah özüşahiddi!

Əbəs yerədeməmişlər

- "Torpaq əgər uğrunda ölənvarsa Vətəndi!"

Allahadamları

sevgisində də,

acısında da

torpaqlatəndi!

Bəlagöylərdən gəlməz

Xalıq İsmayıloğlu,

Adəm övladıözü bir bəladı.

Necədeyərlər,

qalaları daşlanan,

dəyərləri daşlanan,

hər yurd bir Kərbəladı...

Zirvədəkişiş qaya elə bil ki, bir telli sazıydı, göylərdən uzanan görünməz bir əl o sazıçalırdı və lal-dinməz dağlar yanıqlı bir səslə üzünü Qurban kişinin nəvəsi,İsmayılın oğlu Xalıqa tutub oxuyurdu...

Tikdiyinqalanın özülü uçdu,

Daşı-daşüstünə qalandı, Xalıq!

Bilirdindünyanın axırı puçdu,

Bilirdinki, dünya yalandı, Xalıq!

Dəyərlərəridi, bir-bir aşındı

Var-dövlətintorba-torba daşındı.

Daşınanlaröz torprağın, daşındı,

Baxandagözlərin sulandı, Xalıq!

Yüz yolsinənə vur, yaxanı yırt da,

Öz içindənyeyər meyvəni qurd da...

Gör nələryaşandı qurduğun yurdda,

Sağdan da,soldan da talandı, Xalıq!

SevgilinTacrübə başında zər tac,

Süfrəndəbir çıraq, ocağında saç...

Qıymazdıkimsəyə olasan möhtac,

Hər zamanbaşına dolandı, Xalıq!

Qocalıqyetişdi, nəfəs təntidi,

Dövran ömürbiçən bir kərəntidi...

Xoş gün,xoş güzəran bir görüntüdü

Düz yolunson ucu dalandı, Xalıq!

15.05.2013

ZAKİR FƏXRİ

TƏQVİM / ARXİV