adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
04 Fevral 2020 12:41
6542
HADİSƏ
A- A+

Sumqayıtda fermada yanğın olub

Sumqayıtda yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 1200 m² olan fermanın içərisində 10 p.m elektrik kabeli, kartondan ibarət arakəsmə divar və yerə səpilən saman 4 m² sahədə yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.