adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

BİR DAŞ LÖVHƏ ÜZƏRİNDƏ...

VƏSİLƏ USUBOVA
40733 | 2013-05-18 00:25

Hərdənözümü uzaq bir yolçuluqdan dönmüş kimi yorğun, üzgün hiss eləyirəm. Əslindəbelə deyilmi?! Ömür dedikləri dünya adlanan məkanda sadəcə bir yolçuluqdan(uzun ya qısa olsun, fərq etməz) başqa nədir ki?! Elə bir yol ki, nəbaşlanğıcı, nə də sonu ömür daşıyana bəlli deyil. O, sadəcə boynunun borcunuyerinə yetirir. Yola çıxıb, sona qədər getməlidi, vəssalam... Özünü ağıllıbilən də, ağlı bir şey kəsməyən də bu yolun yolçusudu. Ancaq ikisinin dəarasında bir elə fərq yoxdu. Düşünən, xəyallar quran, diləklər bəsləyən də, heçnə düşünmədən özünü taleyin ümidinə buraxan əhlikef də eyni sonluğunqurbanıdı...

Ömürdedikləri bir udum nəfəsdi. Aldın, verdin-qurtardı...

Bu dünyabir dolu

küzəyəbənzər,

Suyu həmşirindi,

həm də ki,zəhər.

Çox daöyünmə ki,

uzundurömrüm,

Əcəlköhlənində

hazırdıryəhər...

Bu gözəlşair, gözəl xanım olan-qalan ümidlərimizi də yelə verdi bu rübaisiynən. Ammadəqiq olan hər şey gözəldi, inkaredilməzdi...

***

Bəs,insandan nə qalır bu dünyada?! Tikdiyi evlər, çəkdiyi yollar, yazdığı kitablar,törətdiyi oğul-uşaq, elədiyi yaxşılıqlar, qazandığı dostlar (ya dadüşmənlər)mi?!. Yox, inandırıcı deyil. Hamısı etibarsızdı, qısa ömürlüdüsaydıqlarımın. Elə bu qısa ömrümüz də yetir ki, çox zaman tikilənin, qurulanınuçduğunu, dağıldığını görək, qazanılanın itirildiyinə yanaq, dostvəfasızlığının, unudulmaq göynərtilərinin şahidi olaq...

Görəsən,insan ömrü adicə bir qədəhdən ibarət olsaydı, onu necə içərdilər?! İçindəbalmı, zəhərmi olduğunu kimsəninbilmədiyi bir qədəh! Hə, necə içərdilər onu? Qurtum-qurtum, ağız ləzzətiynən,yoxsa, bir uduma? Mənciyəz birincini seçərdim. Hər şeyi dərindən duymaq, hisseləmək istəyirəm. Elə ağrını-acını da, istini-soyuğu da... Onsuz da qalanlarıani, ötücü bir şeydi. Nədənsə, yaxşı şeylərin ömrünü uzatmaq olmur. Əzablarsabitib-tükənmək bilmir. Yəqin insan ömrü ancaq xoş anlardan ibarət olsaydı, çoxsürətlə ötüb keçərdi.

İşığın hərşeydən

sürətliolması kimi...

Qaranlıqlarsa

çox astaçəkilir...

Ömrümüzdəndə,

könlümüzdəndə...

Hərdəninsanın bir ömürçün doğulduğuna inanmıram. Hər kəs bir ömürdə (bu qısa ömürdə)bir neçə ömür yaşayır. Lap elə xasiyyətcə. Hamı bizi eyni cür görüb tanıyabilmir. Ətrafımızdakılara sərt, mülayim, səbrli, əsəbi, qaraqabaq, deyib-gülən,bədbin, həyatsevər, diqqətli, laqeyd, ətiacı, istiqanlı görünə bilirik. Əslindəbelə olmasa da, hər kəs görmək istədiyini tapır bizdə. Bütün bunlar ovqatımızınçalarları da ola bilər, başqalarının uydurması da...

Payıma birneçə ömür düşsəydi... Birinci ömrümü ibtidai-icma dövründə yaşamaq istərdim.Sağlam, bəsit, riyasız bir həyat. Nə əzirsən, nə əzilirsən. Nə həsəd var, nəpaxıllıq, nə də yaltaqlıq. Qeybət, ikiüzlülük, yarınmaq barədə söz açmağa dadəyməz, yəqin ki... Bircə arzu: Yaşamaq! Bircə qorxu: Ölmək! Zatən elə ömürdüsturu bu iki sözdən ibarət deyilmi?! Nə qədər düşünüb-daşınsaq da bundandəqiqini, qətisini kəşf edə bilməyəcəyik. Kimlərsə zaman-zaman saxtakarlıqlaqəlizləşdirdilər hər şeyi... Ömrümüz elə bir mötərizəyə sığmırmı?! Bir günaçılır, bir gün bağlanır...

Yenilikləreləmək istədik. Nəyisə dəyişəcəyimizə ümid bəslədik. Ancaq deyilənləri,edilənləri bir başqa şəkildə (çox zaman da bayağı bir şəkildə) təkrarlamaqdanbaşqa əlimizdən bir şey gəlmədi. Filosoflardan birinin dediyi kimi, çoxgözəlliklər cızma-qaralarımızın altında qaldı... Sovet dövründə NikolayOstrovskinin "Həyat insana bir dəfəverilir..." cümləsi ilə başlanan məşhur fikri dillər əzbəri idi. (Eləburadaca etiraf edim ki, mən bu yazıçını da, onun qəhrəmanını da indiyədəksevir və heyranlıqla xatırlayıram). Nəsillər tərbiyələndi şəxsiyyəti vəqəhrəmanıynan. Ancaq bu deyimi ortaya atanlar özləri çaşdırdılar bizi."Bir dəfə verilən" həyatımızı istədiyimiz kimi yaşamağa qoymadılar.Bir gün göylərdən enəndə ayağımızın altında quru torpaqdan başqa heç nəgörmədik...

***

Hər nəisə... Bayaqdan bəri sözü hərləyib-fırlayıb bir mətləb üstünə gətirməkistəyirəm ki, bu həyatdan izsiz-tozsuz çəkilib getmək fikri incidir məni.Şan-şöhrət eşqində deyiləm. Çox darıxdırıcı şeydi bunlar... Ola bilməz, axı...Bu dünyaya gələsən, bir ömür yaşayasan, sonda da unudulub gedəsən... İnsanlarınyaddaşına da, etibarına da inanmıram. Unutqandılar. Həm də çox zaman gərəkliolanı unutmağa meyllidirlər. Yaddaşları, xatirələri də məqsədli, təmənnalıdı.Bir barmaq işarəsiynən oturub-durandılar... Desələr, "unut"unudacaqlar. Yaşatmaqla araları yoxdu, amma...

Kainatınyaddaşında qalmaq istəyirəm. Ya bir daş lövhə olsun, ya bir ağac gövdəsi... Birqaya parçası, bir dağ yamacına da razıyam. Təki unutmasın bu dünya məni.

Bir az səsimdənsaxlasın, bir az nəfəsimdən, bir az da gülüşlərimdən. Gözümdə qalan arzularımıda saxlasın qoynunda. Bəlkə kiməsə gərək oldu... Həsrətimdən, göz yaşlarımdanda pay götürsün bu dünya...

Etibarlıbir kəsim olsaydı... Şəklimi bəbəklərində saxlasaydı...

Çəkdirdiyibütün acıları bağışlardım bu dünyaya...

Yoxdu...

VəsiləUSUBOVA

[email protected]

TƏQVİM / ARXİV