adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Fevral 2020 17:55
24103
ELM VƏ TƏHSİL
A- A+

Magistraturaya sınaq imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 2-də keçirilən sınaq imtahanının nəticələrini elan edib.

Mərkəzdən verilən məlumata görə, hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Bakalavrlar imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 847 nəfərdən 19 nəfər imtahana gəlməyib. 1 nəfərin üzərində mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib və nəticəsi ləğv olunub.