adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Öz dünyanın şahzadəsi olmaq...

XURAMAN HÜSEYNZADƏ
52614 | 2013-05-18 00:25

Ölkənindurumuna, cəmiyyətin necə təbəqələşməsinə baxırsan. Məsələn, baxırsan ki, biriöz halal qazancı, alın təri ilə belə irəli getsə də, hər həmlədə onu ləkələmək,ona qara yaxmaq, qazandığı uğurlara kölgə salmaq istəyənlər var. İnsanlarıniçində şeytanlar doğulur elə bil. Yaxşı gününə sevinənlərin sayı get-gedəazalmaqdadır...

İnsanlarfürsətcil olublar. Biz tərəflərdə həməyir deyirlər belələrinə... Onlarsəlahiyyətlərinin hüdudlarını aşmaq üçün yarışırlar sanki. Xüsusən insanlığınsərhədləri keçilməkdədir. Cəmiyyət öz iradi keyfiyyətsizliyi ilə yeni jozeffuşeləri dövriyyəyə buraxır. İnsanlığı biçən gilyotinlər parlayır qaranlığaqərq edilən dünyamızda... Üzə gülüb arxada danışanların, yaramazlıq üçün himəbənd olanların dövranıdır.

***

Biri obirinin istedadına, təfəkkürünə, digəri vəzifəsinə, başqa biri isə hökmünəqibtə edir. Bu, artıq xoşməramlı qibtə kontekstindən çıxıb, paxıllıq hissinəçevrilib. Hə, insanlar bir-birininpaxıllığını çəkə-çəkə yaşa dolmaqdadırlar. Bəzən belə də olur: "Özümü sənəçatdıra bilməsəm də səni özümə çatdıracam" - bu prinsiplə saniyələri, saatlarıqova-qova yaşlaşanlar da var. Adamlar özləri olmaq istəmir sanki. Özü olanlargetdikcə azalır, "köhnə kişilər"in nəsli tükənmək üzrədir. Qadınlarxarici və zahiri ilə bir-birini təqlid edir. Müasirləşmək həm də xarakterindeqradasiyasıdırsa, bu müasirlik heç kimə lazım deyil...

***

Bütünbunları müşahidə edir, ətrafına baxırsan. Sonra qayıdıb ürəyinə boylanmaqehtiyacı duyursan. Səni canından çox sevən birini görürsən orda. Hisslərqarşılıqlıdır: sən də eyni bağla bağlısan ona. Elə bilirsən ki, heç bu ölkəninvətəndaşı deyilsən. Sənin öz dünyan var. Həmin dünyada nə ayağından dartıbçəkməyə hazır olanlar var, nə də bir-birini arxadan vurmaq üçün fürsətgözləyənlər. Sevinirsən. Elə bilirsən ki, heç bu ölkənin vətəndaşı deyilsən. Özdünyan var və sən sevgidən qurduğun, gülüstana döndərdiyin həmin dünyanınşahzadəsisən. Öz-özünə pıçıldayırsan: yaşasın bütün hisslərdən yüksəkdə dayanansevgi...

XuramanHüseynzadə

[email protected]

TƏQVİM / ARXİV