adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Fevral 2020 17:10
9554
GÜNDƏM
A- A+

Prezident İlham Əliyev Şri-Lanka Prezidentini təbrik edib

Prezident İlham Əliyev Şri-Lanka Prezidenti Qotabaya Racapaksaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı ikitərəfli dostluq əlaqələri, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və rifah diləyirəm".