adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Fevral 2020 16:05
28649
SAĞLAMLIQ
A- A+

500-dən çox Quba sakini ödənişsiz tibbi aksiyadan yararlanıb

"AZE Medical Center” klinikası peşəkar həkimləri ilə formalaşan komandasıyla bölgələrdə ödənişsiz tibbi aksiyalarını davam etdirir. "AZE Medical Center”dən verilən məlumata görə, klinika bölgələrdə başlatdığı ödənişsiz tibbi aksiyasına Quba rayonu ilə davam etdirir.

Belə ki, fevralın 2-də klinika Quba rayonunun Vəlvələ kəndinin sakinləri üçün xeyriyyə aksiyası keçirib. Xeyriyyə aksiyasında müxtəlif ixtisaslı yerli və xarici həkimlər (pediatr, pulmonoloq, kardioloq, endokrinoloq, ümumi cərrah, damar cərrahı, uroloq-androloq, nevropatoloq, revmatoloq) Qubanın əksər kəndlərindən müraciət etmiş insanları müayinə ediblər. Həmçinin, aksiyada iştirak edən vətəndaşlara USM və bütün laboratoriya xidmətləri də ödənişsiz həyata keçirilib.

Qeyd edək ki, laboratoriya xidmətlərinin həyata keçirilməsində "Inci Labarotoriya Merkezi” də dəstək olub. Məlumatda o da vurğulanır ki, aksiya zamanı 500–dən çox insan müayinə olunub. "AZE Medical Center” bu xeyriyyə aksiyalarını növbəti həftələrdə ölkəmizin digər bölgələrində də davam etdirəcəyini bəyan edib.

Xatırladaq ki, klinika ilk ödənişsiz tibbi aksiyasını bölgələrdən başlayaraq Ağsu rayonunda reallaşdırmışdı.