adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Fevral 2020 15:46
7528
HADİSƏ
A- A+

Bakıda daha bir nəfər ağciyər xəstəliyindən öldü

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan daha bir xəstə dünyasını dəyişib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Adalet.az-a verilən görə, Şəki rayon sakini olan 1977-ci il təvəllüdlü xəstə yavarın 30-da ağciyərlərin infiltrativ vərəmi (dağılma mərhələsi), kəskin ağciyər-ürək çatışmazlığı ilə təcili yardımla prekomatoz vəziyyətində instituta qəbul olunub. Müalicələrə baxmayaraq xəstə fevralın 3-də saat 07.30-da dünyasını dəyişib.

Xatırladaq ki, fevralın 2-də adıçəkilən müalicə müəssisəsində 1983-cü il təvəllüdlü Quvba rayon sakini də xəstəlikdən dünyasını dəyişib.