adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Fevral 2020 15:21
6273
HADİSƏ
A- A+

Bakıda telefon mağazasından oğurluq edən şəxs saxlanılıb

Nəsimi rayonu ərazisindəki telefon mağazalarının birindən oğurluqda şübhəli bilinən R.Nəsirov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki telefon mağazalarının birindən pul və 6 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən R.Nəsirov saxlanılıb.