adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Fevral 2020 14:55
38521
MARAQLI
A- A+

Yaşlanmağı gecikdirmək öz əlimizdədir

Heç kim erkən yaşlanmaq istəməz, Bəs bunun qarşısını necə ala bilərik? Yaşlanmağı gecikdirmək öz əlimizdədir. Üstəlik gənclik formullarına sərvətlər xərcləmədən bunu edə bilərsiniz. Erkən yaşlanmamaq üçün edə biləcəyiniz yöntəmlər.

1. Günəş

Günəş nə qədər faydalı olsa da, zərərləri olduğu da bir həqiqətdir. Günəşin üzünüzü qırışdırdığını bilirdiniz? Günəşdən özünüzü tamamilə qorumaq əlbəttə ki, mümkün deyil. Amma ən azından günəş kremi istifadəsini gözardı etməmək lazımdır. Günəş kremi istifadə edərək dərimizi günəşin zərərli işıqlarından qoruya bilərik

2. Üz mimikləri

Mimiklər üzümüzdəki qırışıqlığa bir xeyli təsir edir. Üzünüzü hər hərəkət etdirdiyinizsə, üzünüzdəki qırışlar artır.

3. Siqaret

Siqaretin insan sağlamlığına verdiyi zərəri başqa heç nə verə bilməz insana. Siqarnın bir çox zərəri var, onlardan birir də yaşlanmağınızı sürətləndirməsidir.

4. Yatmaq forması

Yatmaq şəklinin yaşlanmaqla nə əlaqəsi olduğunu düşünməyin. Çünki həmişə eyni formada üzü üstə yatsanız, üzünüzün o hissəsi daha çox qırışacaq.

5. Stres

Stres bir çox xəstəliyə dəvətnamə hazırladığı kimi yaşlanmağımıza da səbəb olur. Üzünüzdən qırışıqlıqları yox etmək istəyirsinizsə, stresdən uzaq durmalısınız.

6. Yuxusuzluq

Yuxunuzu yetəri qədər almırsınızsa, yaşlanmağınızı olduqca sürətləndirirsiniz.

7. Alkoqol

Alkoqolun üz dərisinə zərəri çoxdur. Nə qədər çox istifadə etsəniz, o qədər tez yaşlanacaqsınız.

8. Nəmsizlik

Quru dəri heç vaxt yaxşı bir şey deyil. Üzünüzün və dərinizin çatlamasına və daha sonra da qırışmasına səbəb olacaq.

9. Yerin cazibə qüvvəsi

Həm bizi, həm də planetimizi tarazlıqda saxlayan bu qüvənnin belə zərərləri də var.

10. Genlər

Ananız, atanız və qohumlarınızda erkən yaşlanmaq əlamətləri varsa, bu, böyük ehtimalla sizdə də olacaqdır.

Ulucay Akif