adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Məğlub olana qədər...

SAMİRƏ ƏŞRƏF
52101 | 2013-05-18 00:23

Yazı birkənara sıxışdırıb özünü onun yerinə pərçimləmək istəyən yay fəslinin istiləriniyaşadan bu havaların, sərçəli, qaranquşlu cikkiltiləri ilə təbiətlə ahəngləşəngünlərimizin bu nagahanlığı içərisində qəfildən imkan edib bir neçə filməbaxdım. Daimi oxucularımız son zamanlar filmə yaranmış ciddi sevgimdən yəqinki, xəbərdardılar.

Əslindəkitab oxumaq kimi filmləri də ardıcıllıqla izləmək daha məqsədəuyğundu. Bununüçün də hələlik bu özfəaliyyətimə bir neçə say-seçmə türk rejissorlarınınfilmləri ilə başlamışam. Burda təbii ki, kinoyla ilgili olan dostların,yoldaşların məsləhətləri də öz işini görür.

Hələlik tamsırayla Zeki Demirkubuzun filmoqrafiyasından üç filmi izləməyə müəssər olmuşam."Müsafir", "Yeraltı" və "Üçüncü səhifə". Hərbirində ədəbiyyatın və Dostoyevskinin güclü təsiri duyulur. Bəli, ədəbiyyatınfilmlə "əlbir" olmasını duymaq çox gözəldi.

Ən sondünən baxdığım "Üçüncü səhifə" filmində tənha, kasıb, işsiz, məzlum,əlacsız qəhrəmanlar bolluq təşkil edir. Lakin bütün bu sadaladıqlarımıniçərisində Dəmirkubuzun az qala hər filmdə yaratmaq istədiyi Roskolnikovsayağıqəhrəmanla yenidən görüşürük. Bircə qəliz məsələ var ki, bu filmdə bir neçəRaskolnikov tipləri kölgə kimi gəzişir.

Əslindəqatil filmin ilk saatlarından artıq bəlli olmağa başlayır. Amma filmin sonrakıgedişatı zamanı məlum olur ki, sən demə nəzərə çarpmaq istəməyn qəhrəmanlar daqatil olmaq üçün müəyyən planlarla gizlin-gizlin hərəkətdədilər.

Filminqəhrəmanı İsa adlı gənc Türkiyənin məchul, qaranlıq, kirli, gələcəyə heç iynəucu boyda da səadət vəd etməyən evlərinin birində kirayə yaşayır. İsa ara-sırakütlənin zövqünü oxşayan İbrahim Tatlısəs həyatı andıran bayağı filmlərdəepizodik rollara çəkilir. Günlərin birində başqa işlə məşğul olmaq üçün həminişindən ayrılıb mafiya işlərinə ilişir. Lakin orda bəxti yavər getmir. Puloğurlanmaqla şərlənib döyülür. Həmin pulu tapıb sahibinə qaytarmaq üçün bircəgün vaxt qazanır. Evə gəldikdən sonra intihar etmək üçün silahı başına dayayır.Həmin anda qapı döyülür. Dörd aylıq kirayə pulunu verə bilmədiyi üçün ev yiyəsiözünü yetirib pulunu İsadan tələb edir. İntihar yerinə yetirilməmiş qalır...

Əzrayılınfikri isə tamam başqadır. Ev sahibi İsaya təhqiramiz sözlər deyib, gedir.Psixoloji durumu onsuz da yaxşı olmayan İsa silahı götürüb ev sahibinin evinəgedir, qapını açan adamı günün günorta çağı güllələyir. Son günlər yaşadığımənəvi böhranlar və etdiyi cinayət onu əldən salır və o, özündən gedib bayılır.Özünə gələndə o artıq öz evində döşəmənin üstündə bayqın vəziyyətdə olur. Sonraqətldən xəbər tutan polislər bütün bina sakinlərini bölməyə aparırlar. Həminbölmədə tamaşaçının diqqətini çəkən gənc və gözəl iki uşaqlı kəndli qadın vəbir də ev sahibinin oğlu olur. Polis heç bir dəlil tapa bilmədiyindən sakinlərisərbəst buraxır.

Həminəsnada yaraşıqlı qadınla İsa artıq tanış olurlar. Qadın İsanın ardıncaoğurlamadığı pulu almaq üçün gələnmafiya adamlarının qarşısına çıxıb həmin pulu ödəyir. Yəni İsanınhəyatını xilas edir. İsanın həmin qadına bir növ bir can borcu olur, həm dəikinci can borcu... Birincisi barədə bir az sonra. Lakin qadının bədbəxt,İsanın özü kimi uğursuz həyatı onlara yaxşı şeylər vəd etmir. Qadının bir çoxzülmkar bir əri var. Uzun müddətlik iş səfərlərində olan ər evə gələndəarvadını döyür və təhqir edir. Bu döyhadöyün içərisində İsa qadına vurulur.Qadına onun üçün hər şey edə biləcəyini deyir. Qadın da eləmə tənbəllik İsadandaha böyük bir işi - ərini öldürməsini - istəyir. Və həmin əsnada məlum olurki, sən demə İsa ev sahibini öldürdüyü zaman qadın da həmin evdə çarpayınınaltında gizlənmiş olur. Qətldən sonra da İsanı evinə gətirib qoyan elə o olur.Bu da ikinci can borcu.

Qadın İsayaərinin necə öldürməsindən tutmuş, tanınmaz hala gələnədək üzünü parçalamağa,yaxınlıqdakı tikintidə onu gecə ilə dəfn etməyə qədər hamısını planlaşdırır.Qalır bircə qatilin işi. Amansızlıqla qətl etmə planları cızan qadın ilk andaİsanı dəhşətə gətirir. İsa ondan bütün bu planlaşdırmanı hardan öyrəndiyinixəbər alır. Qadın isə əsas kimi televiziyada, qəzetlərdə tirajlanan qətl xəbərləriniirəli sürür.

Mənimfikrimcə bu da rejissorun mediada bu cür reklamçılıqla məşğul olanlara ən ağırzərbəsidir.

Qadına olan dəlicəsinə məhəbbət İsanı qatilolmağa təhrik edir. Lakin iş elə gətirir ki, qadının əri çayxanada dalaşdığıadamlar tərəfindən qətl olunur. Həmin ərəfədə də İsa bir aylıq xarici ölkəyəgedir. Geri döndüyü zaman qadını tapmır. Ortalığa yenə ev sahibinin oğlu çıxırvə onu başqa evə köçməyə tələsdirir. Xeyli zaman keçdikdən sonra İsa küçədəsevdiyi qadınla ev sahibinin oğlunu xoşbəxtcəsinə alış-veriş edərkən görür.Məsələ ona qismən aydın olur. Köhnə yaşadığı evə gəlib qadının yaşadığı evinqapısını döyəndə qarşısına bərli-bəzəkli sevdiyi qadın çıxır. Qadın ona izahedir ki, əslində ev sahibinin oğlu ilə əvvəldən bir-birilərini seviblər, lakinheç kimin xəbəri olmur. Həmin əsnada ev sahibinin ona gözü düşür və ev sahibiəri evdə olmayan vaxtları qadını onunla sevişməyə məcbur edir. Atasındanzəhləsi gedən oğul qadınla əlbir olub öz atasını, həm də sevdiyi qadınınınməşuqunu öldürmək istəyirlər. Lakin nədənsə tale bu yükü həmin günü İsanınçiyinlərinə qoyur.

İsa böyükbir oyunun içərisinə düşdüyünü, sevdiyi qadın tərəfindən aldadıldığını anlayır.

Filmin adıbir çox tamaşaçılar üçün açıq olsa da, bizim oxuculara bir az qaranlıq qalabilər. Niyə üçüncü səhifə?

ZekiDemirkubuz gündəlik qəzetlərin üçüncü səhifəsində yer alan eşq, cinayət vəsəfalət xəbərlərindən birini kinoya çəkib gətirir. Və əslində insanların hərgün oxuyub öyrəşdiyi ən ağır cinayətlərə belə laqeyd yanaşma rejissoru burdadərindən narahat edir ki, o, filmdə həmin xəbərlərdən birini ekranlaşdırıbtamaşaçıları silkələmək istəyir.

Yazınınbaşlanğıcında qeyd etdiyim kimi haqqında danışdığımız rejissorun hədsiz birDostoyevski heyranı olduğunu onun filmoqrafiyasına az-çox bələd olanlar yaxşıbilir. Və az qala hardasa onun bütün filmlərində ondan təsirlənmələraçıq-açığına görsənir. Rejissor həm də demək istəyir ki, kasıb, səfil, saf,varlı həyat yaşamaq istəyən, bunun üçün hətta qonşuları ilə əxlaqsızlıq edən,ərlərini öldürməyə qərarlı hikkəli evdar qadınlar təkcə Dostoyevskinin problemiyox, bütün bəşəriyyətin problemidi. Kəndlərdən şəhərlərə köç edən təmiz qəlbli,kədərli, gücsüz insanlar həyatdan nə qədər iddialı, dördəlli yapışsalar dahəyat onların sinəsindən bir o qədərgüclü zərbələrlə təpikləyib itələyir. Çünki, həyat özü də çox vaxt güclü və ogücü min cür yolla qazanmış olan alçaqların yanında dayanmaqdadır. Onlarınyanında həyat daha gözükölgəlidi. Həmin insanlar zahirən yuxarı başa keçsələr də daxilən çürümüş, yox olmuş bir mənliyindaşıyıcılarıdırlar.

Bunun üçünbəlkə də kənd-kəsək insanlarının elə öz aid olduqları torpaqlarda yaşayıbtarlasıyla, biçiniylə məşğul olmalarıdaha qənaətbəxşdir, nəinki şəhərlərə köç edib daha bic və zülmkar cəmiyyətinçirkablarına bulamaları...

Cəmiyyəthər zaman ziyalısıyla, həkimiylə, artistiylə dərin bir saxtakarlıq içərisindəolub, olacaq. Məncə Demirkubuzun da bütün filmlərində vurğulamaq istədiyi məqamhəmişə bu olub. Cəmiyyətin bu riyakar insanlarından qaçış yoxdu. Məsum qalmaqistəyən zəhmət çəkib o saflılığı və məsumluğunu qazandığı yerlərdə qalsın. Yoxəgər böyük iddialara sahiblənib, var-dövlət, ad-san yiyəsi olmaq istəyirsə, ozaman ilk öncə güclü olacaq. Xarakterindəki avamlıqları, sadəlöhvlükləri birkənara qoyub, necə deyərlər dişə-diş döyüşə girəcək. Çarpışacaq, yumruqlanacaq,didiləcək, əziləcək ta ki, məğlub olana qədər. Çünki, biz hamımız bu həyatdaməğlubuq, qalib yox.

SamirəƏşrəf

TƏQVİM / ARXİV