adalet.az header logo
  • Bakı 13°C
04 Fevral 2020 09:40
42807
MƏMLƏKƏT
A- A+

Aqil Abbasın Qobuda seçicilərlə görüşü - FOTOLAR

83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsindən namizədliyi qeydə alınmış Aqil Abbasovun (Aqil Abbasın) seçicilərlə görüşü davam edir. Fevralın 1-də Qobu qəsəbəsində məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlərlə görüşüb. Səmimi keçən görüşdə seçicilər Aqil Abbasa hazırda məskunlaşdıqları Qobudakı şəraitlə bağlı bir çox problemlərini çatdırıblar. Və eyni zamanda üzləşdikləri bəzi çətinlikləri yada salıblar.

Aqil Abbas Qobuda olan şəhid ailələri ilə də görüşüb. O, şəhid ailəsi və Qarabağ döyüşçüsü İmanın evində olub, onun çətinlikləri və problemləri ilə maraqlanıb. Çay süfrəsi arxasında səmimi keçən söhbətdən şəhid ailəsi çox razı qalıb.