adalet.az header logo
  • Bakı 20°C
03 Fevral 2020 18:04
24117
GÜNDƏM
A- A+

Rey Kərimoğlundan şəhid ailələlərinə və qazilərə çağırış

Adalet.az xəbər verir ki, qazimiz bu paylaşımı ilə seçiciləri,layiqli namizəd Aqil Abbasa səs verməyə çağırış edib:

"Əziz Ağcabədi və Füzuli rayonundan olan Şəhid ailəsi üzvləri, Qarabağ Qaziləri! Hamınızı 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Abbasa (Aqil Məhəmməd oğlu Abbasov) səs verməyə çağırırıq! Uzun illərdir müharibə insanlarının problemləri ilə məşğul olan adam kimi bildirirəm ki, Aqil Abbas ən ağır günlərimizdə yanımızda olub! Bizə arxa-dayaq olub! Problemimiz olanda dəstək üçün ilk ağlımıza gələn, zəng etdiyimiz, qapısını döydüyümüz insandır Aqil Abbas!

Tanınmış jurnalistlə telefon əlaqəsi yaratdıq. O bildirdi ki, həm Qarabağ qaziləri” İctimai Birliyinin, həm Qarabağ əlillərinə qayğı ictimai birliyinin, həm də, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu" birliyinin üzvləri yekdilliklə Aqil müəllimi dəstəkləyir, yenidən Milli Məclisə üzv seçilməsini təqdir edirik və bu məqsədlə Aqil müəllimin seçicilərinə çağırış edirik! Bir daha qeyd edirəm: Problemimiz olanda dəstək üçün ilk ağlımıza gələn, zəng etdiyimiz, qapısını döydüyümüz insandır Aqil Abbas!”



Qeyd edək ki, tanınmış yazıçı-publisist Aqil Abbasın 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülüb.

Əntiqə Rəşid