adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Fevral 2020 12:38
19479
SAĞLAMLIQ
A- A+

Hansı qidalar xərçəng riskin azaldır, hansılar artırır?

2019-cu ilin mayında dərc olunmuş Amerika Kliniki Onkologiya Assosiasiyasının - Canser.net-in həkimlər və xəstələr üçün tövsiyələrinə əsasən bəzi qida məhsulları, vitaminlər, minerallar və digər qida maddələri, onların tərkibindəkilər xərçəngin inkişaf riskini artıra və ya azalda bilər. Tədqiqatçılar aşağıda göstərilən qida, qida maddələri və qidalanma sxemlərinin xərçənglə necə əlaqəli olduğunu araşdırır.

Bitki məhsullarının tərkibində fitonutrientlər adlanan təbii maddələr var. Nümunələrə daxildir:

- Qırmızı, narıncı, sarı və tünd yaşıl tərəvəzlərin tərkibində olan karotinoid və ya karotinlər


- Otlar, ədviyyat, tərəvəz, çay, qəhvə, şokolad, qoz-fındıq, alma və giləmeyvələrin tərkibində olan polifenollar

- Soğan, sarımsaq, kəvər və digər soğankimilərdə olan allium birləşmələri.

Antioksidantlar. Buna misal olaraq beta-karotin, selen, C və E vitaminlərini göstərmək olar. Antioksidantlar onkoloji prosesi tətikləyən oksidləşdirici maddələrdən qoruyur. Oksidləşdiricilər təbii, normal hüceyrə prosesləri tərəfindən yaradıla və həmçinin ekoloji, məsələn, ətraf mühitin çirklənməsi və ya siqaret tüstüsü ola bilər.

Vitamin və minerallar. Bunlara kalsium, yod, A, D, K vitaminləri və B qrupu vitaminləri aiddir.

Tərəvəz, meyvə və pəhriz lifi. Lif nəcisə həcm verir və həzm sistemi vasitəsilə qidanın daha sürətli hərəkətini təmin edir. Lif həzm sistemində yaşayan sağlam mikrob cəmiyyətinin qidalanmasına kömək edir. Bu cəmiyyətə mikrobioma deyilir. Sağlam mikrobiom daha az xərçəng riski ilə bağlıdır. Tərkibində liflər olan məhsullara aşağıdakılar daxildir: tam taxıl və arpa da daxil olmaqla toxumu, yulaf, kamut, polba, bulqur, qarğıdalı, psyllium və çovdar, tam dənli çörəyi, makaron və paxlalı bitkilər, lobya, mərcimək və noxud.

Zülal. Pəhrizlərin bir çoxunda heyvan zülalının əsas mənbələri:

- ət

- balıq

- ev quşları

- molyusk

- süd məhsulları

- yumurta

Bunlardan qırmızı və emal olunmuş ət xərçəngin inkişafı riski baxımından ən təhlükəlidir. Qırmızı ətə donuz əti, mal əti, dana və quzu əti daxildir. Emal olunmuş ətlərə donuz (bekon), vetçina, ət məzələri, qurudulmuş ət, hot-doqlar, sala və digər konservləşdirilmiş ət məhsulları daxildir. Həftədə istənilən miqdarda emal olunmuş ət və 510 qramdan çox təzə ət daha çox yüksək xərçəng inkişafı riski ilə bağlıdır.

Alkoqollu içkilər. Alkoqol istifadəsi xərçəngin bəzi növlərinin inkişaf riskini artırır.

Qida və xərçəng arasında əlaqə

Qida maddələri və xərçəng arasında konkret əlaqə tapmaq çətindir, çünki qidada xərçəng riskini artıra və ya azalda biləcək bir çox maddə var. Bir çox insanlar müxtəlif məhsulları yeyir və içirlər, bu məhsulların qarşılıqlı təsiri nəticəsində nə yaranacağını öyrənmək çətindir. Yeməyin və ya qida maddəsinin təsiri nə qədər yediyinizə uyğun olaraq dəyişə bilər. Bəzi araşdırmalar göstərir ki, həmçinin yeməyin bişirilməsi üsulu da onun riskli və faydalı olmasına təsir edə bilər.

Bitki məhsulları

Mevyə və tərəvəzlər xərçəngin bəzi növlərinin inkişaf riskini azaldır, o cümlədən:

- Baş və boyun xərçəngi

- Qida borusu xərçəngi

- Mədə xərçəngi

- Ağciyər xərçəngi

- Mədəaltı vəz xərçəngi

- Prostat xərçəngi

Bu nəticələr Davamlı Yenilənmə layihəsi və Qlobal perspektiv: Pəhriz, qidalanma, fiziki aktivlik və xərçəng üzrə üçüncü ekspert hesabatından götürülüb.

Bu hesabatlar Amerika Xərçəng Tədqiqatları İnstitutu (AICR) və Ümumdünya Xərçəng Araşdırmaları Fondu (WCRF) tərəfindən maliyyələşdirilir. Meyvə və tərəvəzlərin tərkibində olan fitonutrientlər riskə təsir edən xüsusi qida komponentindən daha çox, xərçəng inkişafı riskini azaltmaq üçün birlikdə işləyən maddədir. Bəziləri estrogen kimi hormonların tənzimlənməsinə kömək edir, digərləri xərçəng hüceyrələrinin böyüməsini ləngidir və ya iltihabı blok edir. Bir çoxu oksidləşdirici maddələrin səbəb ola biləcəyi zərər riskini azaldır.

Tədqiqatçılar xərçəngin qarşısının alınması üçün bitki mənşəli məhsulları araşdırdılar:

Xaççiçəkli tərəvəzlər: bu məhsullara brokoli, gül kələm, kələm, Brüssel kələmi və bok çoy daxildir. Bu məhsulların tez-tez istehlakı xərçəng riskinin daha aşağı olması ilə əlaqədardır, çünki onlar xərçəngdən qoruya biləcək fermentlərin tənzimlənməsinə kömək edir, həm də xərçəng hüceyrələrinin böyüməsini dayandırır.

Tədqiqatlar göstərir ki, xaççiçəkli tərəvəzlər bunlardan qoruyur:

- Baş və boyun xərçəngi

- Qida borusu xərçəngi

- Mədə xərçəngi

Likopen. Bu karotenoid pomidor məhsullarında olur. Likopenin digər mənbələri çəhrayı qreypfrut, qarpız və ərikdir.

Tədqiqatlar göstərir ki, likopen aşağıdakılardan qoruya bilər:

- Ağciyər xərçəngi

- Mədə xərçəngi

- Prostat xərçəngi

- ağız boşluğu xərçəngi

- qida borusu xərçəngi

Lakin nəzarət olunan klinik araşdırmalarda likopen və xərçəng inkişafı riskinin azalması arasındakı birbaşa əlaqə təsdiqlənməyib.

Soya. Soya unikal fitonutrientləri ehtiva edir. Laboratoriya tədqiqatları göstərir ki, bu maddələr müəyyən xərçəng növlərindən qorunmağa kömək edir. Klinik tədqiqatlar soyanın xərçəngin qarşısının alınmasında rolunu daha dəqiq müəyyənləşdirir. Süd vəzi xərçəngi riski ilə soya arasındakı əlaqə xüsusilə mürəkkəbdir.

Cari tədqiqatlar göstərir ki, edamame, tofu, soya südü və miso kimi soya məhsullarının hər hansı birindən 3 porsiyaya qədər yemək edamam, tofu, soya südü və miso kimi bütün soya qidalarından 3 porsiyona qədər yemək təhlükəsizdir və süd vəzi xərçəngi riskini azalda bilər. Ancaq qaydalar soya məhsullarının qida məhsullarına əlavə edilməsini konkret olaraq tövsiyə etmir. Həkimlər konsentratlaşdırılmış həblərdən və izoflavon tozlarından imtina etməyi məsləhət görürlər.

Vitaminlər, minerallar və antioksidantlar

Vücudumuzun əsas funksiyalarını yerinə yetirməsinə, böyüməsinə, inkişaf etməsinə və regenerasiyasına kömək edən vitamin və minerallara ehtiyacı var.

Bəzi vitaminlər, minerallar və digər qida maddələri antioksidanlardır. Tədqiqatlar fərqli nəticələr göstərdiyindən onların xərçəngin profilaktikasında rolunun öyrənilməsi davam edir. İnsanlar üzərində aparılan klinik sınaqların icmalı aşağıdakıları göstərir:

Beta-karotin. Beta-karotinin yüksək dozaları xərçəngin qarşısını almır. Aparılmış iki böyük klinik sınaq ağciyər xərçənginin inkişaf riski yüksək olan insanların, o cümlədən siqaret çəkənlərin, keçmiş siqaret çəkənlərin və asbestə məruz qalan insanların beta-karotinin yüksək dozasını qəbul etdiyi halda ağciyər xərçənginin inkişaf riskinin daha yüksək olduğunu göstərib.

Kalsium və Vitamin D. Qadın Sağlamlığının Qorunması Təşkilatı (WHI), menopozdan keçən və ümumiyyətlə, yaxşı qidalanan qadınlar üzərində aparılan genişmiqyaslı araşdırma idi. Tədqiqatçılar əlavə kalsium və D vitamininin təsirini araşdırdılar. Onlar bu vitaminlərə əlavənin kolorektal xərçəngin inkişaf riskinə təsir etmədiyini müəyyən ediblər.

Fol turşusu (folat) – B vitamini növüdür. Aşağıdakılar folatla zəngindir:

- Yaşıl yarpaqlı tərəvəzlər

- Meyvə və meyvə şirələri

- Qurudulmuş lobya və noxud

Fol turşusu növlərindən biri laboratoriyada istehsal olunur və qida əlavələrinin tərkibində olur. Ağ un bu növ fol turşusu ilə zənginləşdirilmişdir, buna görə də çörək və yarma da daxil olmaqla undan hazırlanan məhsulların tərkibində fol turşusu var.

Tədqiqatlar folat və xərçəngin inkişaf riski arasında əlaqə olduğunu göstərir. Aşağı folat səviyyəsi olan insanlarda inkişaf riski daha yüksəkdir:

- Süd vəzi xərçəngi

- Yoğun bağırsaq xərçəngi

- Mədəaltı vəzi xərçəngi

Lakin klinik tədqiqatlar hələ əlavə fol turşusu qəbulu ilə xərçəngin profilaktikası arasında əlaqəni göstərməyib.

Polivitaminlər. Polivitaminlərin xərçəngin inkişafı riskini azaltdığına dair hazırda kifayət qədər dəlil yoxdur. Ancaq bir araşdırma potensial faydaları göstərib. 10 ildən çox müddətdə polivitaminlər qəbul edən insanların yoğun bağırsağında poliplərinin meydana gəlməsi azalıb. Bəzi poliplər kolonoskopiyada xərçəngin skrininqi zamanı təmizlənməsə kolorektal xərçəngə çevrilə bilər. Tədqiqatçıların fikrincə, polivitaminlər poliplərin sayını azaltmaq sayəsində kolorektal xərçəngin inkişafı riskini azalda bilər.

Selen. Aparılmış araşdırmalardan birində selen əlavələrinin xərçəngin qarşısını aldığı qənaətinə gəldi. Bu əlavələr dəri xərçəngi olan xəstələri yenidən ağırlaşmadan qoruya bilməsə də, yeni halların sayını azaltdı:

- Prostat xərçəngi

- Ağciyər xərçəngi

- Kolorektal xərçəng

Bəzi tədqiqatlar seleni diabetin yüksək inkişafı riski ilə əlaqələndirir. Ona görə də tərkibində selen olan əlavələri nəzərdə keçirərkən ehtiyatlı olun.

C vitamini. Bəzi tədqiqatlar göstərir ki, yüksək vitamin C tərkibli pəhrizlərin mədə xərçənginin inkişafı riskini azalda biləcəyini göstərir. Lakin nəticələr bir-birinə ziddiyyət təşkil edir.

E vitamini. "Xərçəngin selen və E vitamini ilə profilaktikasına dair araşdırma” adlı böyük kliniki tədqiqatlar göstərib ki, E vitamini qəbul edən iştirakçılarda prostat xərçənginin inkişafı riski daha yüksək olub.

C və E vitaminlərinin yüksək dozasının baş və boyun xərçənginin residivi riskini artırdığı göstərilib.

Pəhriz lifləri

Yuxarıda müzakirə edilən AICR / WCRF araşdırmaları liflə zəngin qidalar və azalan xərçəng inkişafı riski arasında əlaqə müəyyən edib. Bu əlaqə kolorektal xərçəng zamanı daha güclüdür.

Zülal. Əksər tədqiqatlar qırmızı ət və daha yüksək kolorektal xərçəng riski arasındakı əlaqəni ehtimal edir. Ancaq daha əhəmiyyətlisi, emal olunmuş ətlərdən çəkinməkdir. Buraya donuz əti (bekon), vetçina, ət məzələri, qurudulmuş ət, hot-doqlar, sala və digər konserv ət məhsulları daxildir. AICR / WCRF araşdırmaları bu ətin kolorektal xərçəng riskini artırdığını göstərib. Tədqiqat həmçinin, insanların xərçəng riskini artırmadan həftədə 510 qram emal olunmamış qırmızı ət yeyə biləcəyini göstərib.

Piylənmə

Yüksək kalorili qida istehlakı çəkinizin artmasına gətirib çıxara bilər. Bir çox insanlar şəkər və yağ əlavə etməklə həddən çox qida qəbul edir. Aşağıdakı məhsulların tərkibində piylənməyə səbəb olan yüksək kalori var:

- Qazlı və meyvə suları da daxil olmaqla şəkərlə şirinləşdirilmiş içkilər.

- Pendir kimi qatı süddən hazırlanan yağlı süd məhsulları

- Tərkibində yüksək miqdarda yağ olan ət, o cümlədən dəri ilə birlikdə qızardılmış toyuq, ördək, hamburger, donuz (bekon), vetçina, kolbasa, hot-doq və digər bir çox delikateslər.

Piylənmə, həmçinin, bir çox xərçəng növləri üçün daha yüksək riskdir.

Ulucay AKİF