adalet.az header logo
  • Bakı 13°C
03 Fevral 2020 12:20
35484
MARAQLI
A- A+

Smartfonların xərçəngin yaranmasına təsiri sübut olundu

Yel Universitetinin alimləri xərçəngin yaranmasını mobil telefon şüalanmaları ilə əlaqələndirirlər.

Tədqiqatın nəticələri "Medical Xpress” saytında yerləşdirilib.

Qeyd edilir ki, həkimlər bəzi xəstələrdə qalxanvari vəzin xərçənginin inkişafına smartfonların təsirini sübut edə biliblər. Mütəxəssislər 900-ə yaxın insanı müayinə edərək müəyyənləşdiriblər ki, smartfonlardan aktiv istifadə edən birnuleotid polimorfizmi olan pasiyentlərdə qalxanavari vəzin xərçənginin yaranma riski iki dəfə artıb.

Alimlər qeyd edirlər ki, onkoloji xəstəliyin yaranmasında qacetlərdən aktiv istifadə ilə yanaşı genetik meyllilik də mühüm rol oynayır. İnsanlarda genetik həssaslığı müəyyən etməklə, onları risk qrupuna ayırmaq və xəstəliyin mümkünlüyü barədə məlumatlandırmaq olar. Yel Universitetinin alimləri hesab edirlər ki, onların işində ilk dəfə olaraq qacetlərin və genetik meyliliyin onkoloji xəstəliyin inkişafına birgə təsiri öyrənilib.

Araşdırmada iştirak edən mütəxəssislər problemin daha da dərindən öyrənilməsinin onkoloji xəstəliklərin diaqnostikasını yaxşılaşdırmağa kömək edəcəyini bildirirlər.

Ulucay AKİF