adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Fevral 2020 11:41
94134
MÜSAHİBƏ
A- A+

Həkim məsləhəti: Meyvə ye: A, B, C, E... - Müsahibə

Qış bərabərində gətirdiyi xəstəliklərlə insan vücudunda bir sıra problemlər yaradır. Belə olanda isə iynəsiz-dərmansız keçinmək mümkün olmur. Cünki bu mövsümündə havalar soyuq keçdiyi üçün insanlar ictimai yerlərdə və qapalı məkanlarda çox vaxt keçirir. Bu isə infeksiyaların daha sürətlə və asan yayılmasına şərait yaradır. Xüsusəndəsoyuqdəymə, qrip, badamcıq və qulaq infeksiyaları kimi xəstəliklər daha yayğın olur. Nəticədə həyat keyfiyyətini aşağı salan, insanı həm ictimai həyatdan, həm də işindən saxlayan xəstəliklərə təslim oluruq. Bu zaman immunitetimizin möhkəmləndirilməsinin qayğısına qalmaq yadımıza düşür. Həmsöhbətim Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-terapevti Xumar Novruzova da hər kəsə xəstəliyə tez-tez tutulmamaq üçün mütəmadi olaraq təbii və qurudulmuş meyvələrdən istifadə etməyi məsləhət gördü: "İmmun sistemini gücləndirmək üçün mövsümün meyvələrindən naringi, portağal, qreypfrut, alma, kivi, armud, banan və sairlərdən çox yeyilməlidir-deyə vurğuladı.

-Xumar xanım, subtropik meyvələrdən hansını daha cox vitamin deposu hesab etmək olar?

-Portağal, naringi, qreypfrutun tərkibində bolluca A, C və E vitamini, karbohidrat, kalium, fol turşusu və bioflavin var. Naringi tərkibində olan antioksidanlarla damarları, xüsusən də kapilyarları gücləndirir. Naringi suyu ürəyin zərər görməsinin qarşısını alır və bədəndə olan əzik nahiyələrin sağalmasına kömək edir. Qış mövsümündə ən çox yeyilən bu meyvə tərkibindəki fol turşusu, lifləri sayəsində öskürəyi və xolestrolu azaldır. Bağırsaq parazitlərinin tökülməsi üçün xeyirlidir. Orqanizmin müdafiə və bərpa funksiyalarını gücləndirən kivini də unutmayaq. Kivi ürək-damar sistemi üçün çox faydalıdır. Tərkibində kalium və maqnezium mikroelementlərinin olduğuna görə kivi arterial təzyigini normallaşdırır. Bundan əlavə bu giləmeyvə damarların və kapilyarların divarlarını möhkəmləndirir və damarlarda trombların əmələ gəlməsinə mane olur, orqanizmi ziyanlı xolesterindən azad edir.



-Hazırda market və bazarlarda ən çox alınan və tükədilən meyvələrdən biri də banandır! Bu meyvənin hansı faydalı xüsusiyyətləri var?

- Banan uşaqların sağlam inkişafı üçün faydalıdır. Sümük möhkəmlənməsinə kömək etdiyi üçün uşaqların çox yeməsi məsləhətdir. B1, B2, C, A və E vitaminləri ilə zəngin olan bananın tərkibində dəmir, kalium, natrium, yod da var. Əsəblərin sakitləşməsində də faydalı olan bananı həddən çox yeyilməsi, qəbizlik probleminə gətirib cıxara bilər. Ürək əzələlərinin inkişafına kömək edən banan yodla zəngin olduğu üçün tiroid vəzinin normal fəaliyyətinə də yardım edir.

- Biz balaca olanda –sovet dönəmində belə meyvələr yox idi. Amma yadımdadır ki, stolumuzun üstündən armud-alma əskik olmurdu. Gündə ən azı adambaşına 2-3 alma, armud yeyirdik və demək olar ki, qış uzunu ya az xəstələnətdik, ya da heç xəstələnməzdik.



-Qış meyvələri içərisində çox sevilən meyvələrdən biri də armuddur. Armud mədəyə xeyirli olub həzmi asanlaşdırır, ürəyin tez-tez döyünməsinin qarşısını alır. Armudun digər xeyirli cəhəti qəbizliyin qarşısını alıb sidik qovucu olmasıdır. Bilirsiniz, qəbizlik olan bədən hər zaman xəstəliklərin cəngində qalır. Tərkibi A, B1, B2, B3, B6, C vitaminləri ilə zəngindir. Üstəlik qandakı sidik cövhəri turşusu və duzlarının təmizlənməsinə, böyrəklərin normal işləməsinə kömək edir, daş və duz problemlərinin də həllində xeyirlidir. Yüksək təzyiqin aşağı salınıb, qanın təmizlənməsində də armuddan istifadə edə bilərsiniz. Armudu deyib almadan danışmamaq günah olar. Deyərdim ki, bütün mövsümlərinən sevilən meyvəsi almadır. Baş ağrısına, bağırsaqdakı parazitlərin tökülməsinə, qan şəkərinin nəzarətdə saxlanmasına kömək edir. Alma kalium, B3, karbohidrat, liflə zəngindir. Hətta adi bildiyimiz nar qızdırmanı, yorğunluğu aradan qaldırır, bədənə enerji verir, ürəyi, mədəni və diş ətini qüvvətləndirir. Mədə iltihabı və ağız yarası üçün faydalıdır, immunitet sistemini gücləndirir, orqanizmi xərçəng xəstəliyindən qoruyur. Nar təzyiqi aşağı salır, damar sərtliyinin qarşısını alır. Bu xüsusiyyətlərinə görə nar ürək-damar xəstəliklərinə qarşı ən yaxşı qoruyucu vasitə hesab olunur. Nar dəri üçün də faydalıdır.

- Doktor, yaşlı bir nənəm vardı, həmişə deyərdi ki, 1941-45 müharibəsi dövründə də, sonrakı illərdə də bizim yeməyimizin də, icməyimizin də əsasında qurudulmuş meyvələr dururdu. Həmin quru meyvələrlə cay içəndə xəstəliyin, azarın nə olduğunu bilməzdik. Nədir, quru meyvələrdəki özəllik?



- Nənə düz deyirmiş, quru meyvələr xərçəngdən təzyiqə, anemiyadan göz yorğunluğuna qədər bir çox xəstəlikdən qorumaq gücünə malikdir. Quru ərik- həzm problemlərini yaxşılaşdırır. Stress və qanazlığının qarşısını alır. Daşıdığı A vitamini dəri qüsurlarının müalicəsində də son dərəcə təsirlidir. Gündə 5 quru ərik yemək ürək əzələlərinin və sinirlərinin inkişafı üçün əhəmiyyətlidir. Tərkibi həm də kaliumla zəngindir. Kişmiş-yaxşı enerji mənbəyidir. Bəlğəm gətirən təsirinə görə tənəffüs problemləri olan xəstələrə tövsiyə edilir. Gündə 10 dənə üzüm qurusu təzyiqi azaltmaqda olduqca təsirlidir. Bu baxımdan, iltihablara qarşı da immunitet sistemini gücləndirir. Quru tut- qan yaratmaqda və qızdırma əleyhinə əsrlərdir istifadə edilən quru tut əsl vitamin mənbəyidir. Gündə bir ovuc yeyərək özünüzü daha gümrah və enerjili hiss edə bilərsiniz. Bundan başqa, quru tut ağız qoxusunu da yox edir. Quru gavalı-tərkibinə bol miqdarda B1, B2, B3, B6, A, C və E vitaminləri daxildir. Xərçəng və qocalmaya qarşı qoruyucu təsirə malik quru gavalı tərkibindəki zəngin kalium və maqnezium ilə təzyiq, qaraciyər, ürək, böyrək və revmatizm xəstəliklərinə müsbət təsir göstərir. Quru əncir-yağ, sodium, xolesterin tərkibli olmadığı, hətta, yüksək dərəcədə lifli sayıldığı üçün arıqlamağa kömək edir. Tərkibi protein miqdarı baxımından kasaddır, turşu baxımından isə zəngin. Bu səbəbdən hüceyrə inkişafını dəstəkləyir. Boğaz ağrısı və bronxiti aradan qaldırmaq gücünə malikdir. Bədəni yeniləməkdə fəal rol oynayır. Bizim ölkəmizdə yetişməsə də xurma da bir sıra faydaları və dadına görə sevilir.

-Xumar xanım, ətraflı məlumata və maarifləndirməyə görə, təşəkkür edirik!

Əntiqə Rəşid

Adalet.az