adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Fevral 2020 10:59
29045
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: QAYTAR GÖZLƏRİNƏ...























Gözlərin yorulub - gözün qayğısı

Yükləndi qəlbimə elə indicə...
Canımı verərəm , bil ki, qoymaram -
Sənin gözlərini kimsə incidə!..

Ruhumun əkizi, qəlbimin özü
Sən ki, dözümlüsən, belə sıxılma!..
Qurbanlıq demişəm sənə bu gözü -
Ürəklə sən qəbu elə, sıxılma!

Hər anım nəfəs tək səninlə bağlı
Bütün anlarımı götür, sıxılma!
Nə qədər ağrın var. nə qədər qayğı-
Onu mənə tərəf ötür, sıxılma!

Qaytar gözllərinə mənə sevgini
Qaytar Ümidinin ümidi kimi!
Al mənim gözümdən sənə sevgini -
Ovutsun o səni, Ümidin kimi!