adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ŞUŞADAN GƏLƏN GÖYƏRÇİNLƏR

ƏBÜLFƏT MƏDƏTOĞLU
86025 | 2013-05-18 00:22

Məni həmişəqınayırlar ki, yazılarımda hisslərə daha çox üstünlük verirəm, insanlarıxatirələrimlə, ağrı-acılarımla, bir az da ümidsizliyimlə yükləyirəm. Bu damüəyyən mənada onsuz da psixoloji gərginlik içərisində yaşayan insanlara əlavəbir ağırlıq gətirir. Amma məni qınayanların fikirlərinə hörmətlə yanaşmaqlabahəm, həm də özümə müəyyən mənada haqq qazandırıram. Çünki yazdıqlarım mənimöz həyatım, öz dünyam, öz içimdi. Bu yazılarda nəyisə, hardansa tapıb sözəçevirmək, oxucuya təqdim etmək halları yoxdur. Bax, bu mənada özümü yazdığımüçün təkcə özüm rahatlanmıram, həm də özüm yenidən o anları yaşaya - yaşayadünyaya, insanlara bir az da yaxınlaşıram. Düşünürəm ki, özünü yazanların hamısımütləq mənada təkcə ürəyinə hopan, qanında yaşayan yükü, kədəri, ağrını atmır,boşaltmır, əksinə, onu bir az da təzələyir, ona bir az da ömür verir.

Əgərdəyərli oxucu onunla bölüşdüyüm iç dünyama özünü müsafir sayırsa, bu mənim üçünçox qiymətlidir. Üstəlik, o, bu müsafirlikdənözü üçün də, öz iç dünyası üçün də nələrsə götürür və yaxud mənə nələrsəhədiyyə edirsə, bunun özü də bir qarşılıqlı rahatlıqdır. Zənnimcə, insanın ruhurahat olanda ağrısı da çəkilən olurg kədəri də dözülən olurg yaşamı da mənalıolurg yaşatdıqları da peşmanlıq hissləri keçirmirlər. Bütün hallarda vücuddançox ruhun rahatlığı daha dəyərli, daha önəmlidir. Təbii ki, bu mənimqənaətimdi, mənim inamımdı. Yəni mən yeni heç nə kəşf etməmişəm, olanı dərkedib özüm üçün qəbul etmişəm. Bax, o inamın içərisində də, o ruh rahatlığınıniçərisində də getdiyim bütün yollar nə qədər dolanbac olur-olsun, nə qədərçətinliklərdən keçir - keçsin, məni usandırmır, məni tərəddüd qarşısındaqoymur...

Həyatımınmaraqlı anları ömür kitabının rəngarəng səhifələrikimi göz önündə vərəqləndikcə xatirələr güc gəlir, ruhum xatirələrə əsir düşür,onun qarşısında ağ bayraq qaldırır və mən də könüllü şəkildə o bayrağın altındaotururam... olanları, olmuşları düşünürəm... olacaqlara özümü hazırlayıram...

Elə bugünlərdəMərdəkan qəsəbəsindəki pansionatların birində məskunlaşan doğmalarıma başçəkirdim. Daha doğrusu, bu pansionatın həyətində qurulmuş hüzr mərasimindəidim. Yas mağarının iki addımlığında bir topa göyərçin dənlənirdi. Müxtəlifrəngli bu göyərçinlərə qulluq edən və göyərçinlərə baxan gözlərindən sonsuzsevgi tökülən orta yaşlı kişinin hərəkətləri diqqətimi çəkdi. Mənimlə yanaşıdayanmış dostumdan həmin insanın kimliyini soruşdum:

- Şuşalıdı,göyərçinləri də Şuşadan gətirib!

Doğrusu, busözlər məni əməlli - başlı silkələdi. Elə bil ki, şimşəyə tuş gəldim, içimdənildırım keçib getdi. Çünki mən Şuşadan, ümumiyyətlə, işğal olunmuş bölgələrdənkiminsə bir ovuc torpaq gətirdiyini, kiminsə bir ovuc toxum gətirdiyini,kiminsə Xarı bülbül gətirdiyini, kiminsə bir ağac gətirdiyini eşitmişdim vəhətta şahidi də olmuşdum. Ancaq Şuşadan kiminsə göyərçin gətirdiyini isə ilkdəfə eşidirdim. İnanın ki, bir anlıq heyrətin içində nə edəcəyimi bilmədim.Halımı görən dostum qolumdan tutub bir kənara çəkdi. Və həmin göyərçinlərinBakıya, Mərdəkana necə gəlib çıxdığını çox sakit bir şəkildə, sanki bir adisöhbət edirmiş kimi mənə danışdı...

- Şuşanınişğalından iki gün öncə həmin göyrəçinlərin sahibi artıq şəhərin boşaldığını görüb illərlə özünühəsr etdiyi, sevə - sevə bəslədiyi göyərçinlərini iki karton yeşiyə yığıb, özüilə birlikdə şəhərdən çıxarmaq qərarına gəlir. Doğrudur, o göyərçinlərin ənyaxşılarını, ən sevimlilərini seçib götürür. Lakin həyatın bir qəribə təzadı onu yarı yoldayaxalayır. Laçın yolunda düşmənlərin hücumlarına məruz qaldıqlarından məcburolub əlindəki yeşikləri yerə qoyub ağzını açır. Və gözləri dolmuş halda həmingöyərçinləri gülləyə tuş gəlməsin deyə,açıb havaya buraxır. Sanki göyərçinlərlə birlikdə onun ürəyi də havaya uçur.Yolunu davam etdirir. Heç bir kilometr getməmiş əvvəldə dediyim həminqəribəliklə rastlaşır. Kiminsə özü ilə apardığı taxıl kisəsi cırılıb yoladağıldığından yolda xeyli müxtəlif quşlar o taxılı dənləyirdi. Göyərçinlərinsahibi gözlərinə inanmır. Onun göyərçinləri də həmin dəni dənləyən quşlarınarasındaydı. Tez onlara yaxınlaşır, özü üsulu ilə göyərçinlərini yenidən tutubözü ilə birlikdə Bakıya gətirir. İndi Şuşadan gətirilmiş həmin göyərçinlərBakıda neçə nəsil dəyişsələr də, onun sahibi o göyərçinləri nə satmır, nə də kimsəyəhədiyyə etmir. Eləcə Şuşadan gətirdiyi göyərçinlərlə söhbət edə-edə Şuşayaqayıdacağı günü, həmin göyərçinləri Şuşada havalandıracağı günü gözləyir...

Bəli,Şuşadan gətirilib Bakıda pansionata sığınan göyərçinlər də qaçqın taleyiyaşayır. Bu, bilmirəm göyərçinlərin taleyidi, yoxsa onun sahibinin, ammabildiyim odur ki, bu dünyada belə bir tale də var. O taleyin kədərini, ağrılınotlarını nə özündən asılı olmadan ürəyimə hopdurdum, ürəyimə köçürdüm və həmin an yadıma başqa bir məqamda düşdü...

"Azərbaycan"nəşriyyatındakı iş otağımın pəncərəsinə hər gün bir cüt göyərçin qonur. Mənonları yemləyirəm, onlar məndən qorxub qaçmırlar. Elə bil onlara olan sevgimi,diqqətimi anlayırlar, qiymətləndirirlər. Təəssüf ki, həmin o göyərçinlərdə olananlayış insan adlanan bəzi məxluqda yoxdu. Amma buna baxmayaraq, mən hər günhəmsöhbət olduğum o göyərçinlərə ürəyimi də açıram...

Pəncərəminönünə

Qonan cütgöyərçinə

Elə həsədləbaxdım-

Uçdular...

Dən səpdimdönmədilər

Fit çaldım- dinmədilər

Nə çəkdim,bilmədilər-

Uçdular...

Bilməzdimqısqancdılar

Baxışıqısqandılar

Bir həsədqazandılar-

Uçdular...

***

Dünyadamövcud olan, yəni gözlə görüb, əllə toxunduğumuz hər şeyin öz səsi var. Daşındaş səsi var, qumun qum səsi var, otun ot səsi var, quşun da quş səsi... Bütünbu səslərin içərisində insanı özünə çəkən elə səs də var ki, onu hamı dinləməkistəyir, ona hamı ayaq saxlayıb təslim olur. Bu elə səsdi ki, onda həm hökmvar, həm çağırış var, həm də insanın içində hər şeyə hakim olmaq...

Yəqinminbərdən verilən azan səsini eşitmisiniz... İnanmıram ki, kimsə azan səsinieşidəndə bir anlıq da olsa dayanmasın, ətrafa boylanmasın... Bax, səsin hökmübudur...

Biz bəzənbütün səslərə reaksiya veririk. Bəzən öz ürəyimizə yaxın olan səslərə, bəzən dəilk dəfə eşitdiyimiz, varlığından xəbərdar olmadığımız səsə diqqət yetiririk.Bax, bu mənada mən otların səsini, özü də sübh çağı şehli çəməndə gəzərkəneşitdiyim səsi son vaxtlar daha çox arzulayıram, daha çox ürəyimdən keçirirəm.Ola bilsin ki, bu da yaşla və yaxud fəsilləbağlıdır. Bilmirəm, hər nədisə o yaşıl çəməndəki otların sübh mehindənşehli - şehli ləpələnməsi sevdiyin insana ürəyin əsə - əsə sevgini etirafetməyinə bənzəyir. Elə bilirsən ki, həmin o şehli otların ləpəsi sənin ürəyininpıçıltısıdır. Və bu pıçıltı sənin gələcəyə doğru uzanıb gedən yolunun nişanverənidi, istiqamət verənidi...

Mən özüməqapıldıqca eşitmək istədiyim səsləri tez - tez bir sıraya düzmək, onlarınardıcıllığını bərpa etmək istəyirəm. Çünki bu boyda şəhərdə mən maşın səsindənbaşqa demək olar ki, ayrı səslər eşitmirəm. Doğrudur, tikinti meydançalarındada, sənaye müəssisələrində də müəyyən fərqli səslər var. Amma təbiətdə olansəslər şəhərdə yoxdur. Şəhər o səslərin bəlkə də varlığından xəbərsizdi.

Bu mənadamən özümü təslim etmək istəmədiyim qəribliyi, təkliyi səsin, yəni yaddaşımdabərpa edib yaşatdığım səslərin gücünə yıxmaq istəyirəm. Bilmirəm, bu nə qədəralınır, doğrudan-doğruya səs də, işıq da ümiddi. O ümid də təbii ki, insanıyaşamağa, yaratmağa həvəsləndirir, çağırır.

Yenə içim,çölüm təkdi

Çəkdi məni,ölüm çəkdi!

Şükür ki,bu ölüm təkdi -

Güləşəcəm,bəlkə yıxdım...

Gücümsəndən - sevgindəndi

Canımtorpaq, sevgin dəndi...

Köməyiməsevgin gəldi -

Güləşəcəm,bəlkə yıxdım...

Doydum canahaydan - küydən

Adım oldudərd üyüdən...

Son köməyi umubgöydən -

Güləşəcəm,bəlkə yıxdım...

***

Bəli, dünyahər kəs üçün bir pəncərədi, deyirlər. Ammabu pəncərədən hamının baxdığına mən inanmıram. Çünki birinin başı mal -mülk toplamağa, birinin başı kef - damağa, birininki dilənməyə, birininki çal -çağıra, birininki dərd çəkməyə, birininki qəbir yeri satmağa və sairəyəqarışır. Ona görə də vaxt tapıb pəncərədən baxa bilmir. Elə ki, qapısı döyülür,onda da dizi bükülür, gözü tutulur. Heyi olmur ki, qalxıb boylanıb harasabaxsın... Qaçqınlıq da baş qatdı.Baxa bilmədim bu dünyanın pəncərəsindən ürəklə, həvəslə, maraqla... Baxabilmədim dünyanın özünə də, adamlarına da, eninə - boyuna da... Baxa bilmədimözümdə, öz ətrafımda olanlara da... Baxa bilmədim ürəyimə... Baxa bilmədim,yolun yarısında hiss etdim ki, o qədəryükləmişəm ki, nəfəsi tıncıxır, əl - ayağı sözünə baxmır ürəyimin... Onadayaq durmaq istədim, alınmadı. Çünki əvvəldən köməyə, dayağa məhəl qoymayıbürəyim. Öz bacardığı kimi yaşayıb, döyünüb çırpınıb. Hiss etdirib ki, öz -özüylə, öz dünyasıyla baş - başa, çiyin - çiyinə, bacardığı məsafəyə qədərgedəcək. Bu iradəsi, bu gücü var onun... Amma görünür mənim günahım üzündəndaha tablaya bilmir, dözə bilmir. Ona görə də yarı yolun bir kənarında nəfəsdərmək üçün ayaq saxlayır, göy üzünə baxır. Şuşadan gətirilmiş göyərçinlərinŞuşasız günlərinin yozumunu tapmağa, mənasını açmağa çalışır, amma bacarmır. Buişdə də gücsüzdür ürəyim, bu məqamda da dözümsüzdü. Ona görə də...

Nə tezqopdun kökündən?

Nə tezçökdün ürəyim?

Bir dünyaişim vardı -

Vurubtökdün ürəyim-

Yarıyolda...

Tumurcuğunçatlayıb

Yarpaqlarıngülürdü

Sevincsənin üstünə

Gec dəolsa, gəlirdi -

Yarıyolda...

Ayağınınsəsini

Yol yazırdıyadına

Hardançıxdı ayrılıq

Şərik olduadına -

Yarıyolda...

Sən nələrisayırdın

Nəyə güldü de,fələk

Sən təzəcəduyurdun

Sevməknədi, ay ürək -

Yarıyolda...

Yarımçıqlaryarıda

Bütövlərtam olacaq!

Bir sevgi,ay ürəyim

Dünyadankəm olacaq-

Yarıyolda...

Hə, yenəhisslərə, yenə duyğulara təslim etdiyim ürəyimi sizə pıçıldadığım bu yazıdadilə tutmağa çalışdım. İstədim ki, ürəyimin bir səhifəsini olduğu kimi ortayaqoyum. Bilmirəm, necə alındı və ümumiyyətlə alındımı? Amma hər halda Şuşadangətirilmiş göyərçinlərin taleyi çox maraqlıdı......

ƏbülfətMƏDƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV