adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Fevral 2020 10:40
10496
GÜNDƏM
A- A+

Çin korona virusundan ölənlərin basdırılmağını qadağa etdi

Çin Korona virusunun qurbanlarının cəsədlərinin basdırılmasını qadağa edib. Belə ki, ölkənin adət-ənənəsinə zidd olaraq virusdan ölənlərin yandırılması əmr olunub. Həmçinin evliliklərə də müvəqqəti olaraq qadağa qoyulub.

Son məlumatlara görə, Çində virusdan ölənlərin sayı bazar günü 361 nəfərə çatıb, virusa yoluxanların sayı isə 17 min nəfərə keçib.

Bu günə kimi virusdan ölüm faktı yalnız Çində aşkarlanmışdı. Amma artıq Filippində 44 yaşlı bir çinlinin virusdan öldüyü açıqlanıb.