adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Yanvar 2020 19:00
21029
SİYASƏT
A- A+

Rəşad Camalov Şirvanda şəhid ailələri ilə birgə - FOTOLAR

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalovun Şirvanda seçicilərlə möhtəşəm görüşləri davam edir.

Adalet.az xəbər verir ki, deputatlığa namizəd Rəşad Camalov bugünkü görüşlərini şəhid ailələrinin evində keçirib.

Azərbaycanın ilk Milli qəhrəmanı Nofəl Quliyevin ailəsinə baş çəkib. Görüş zamanı şəhidlərin əbədi yaşadıqlarını qeyd edib.



Qarabağ şəhidləri Əlikram Hətəmov və Musa Abdullayevin ailəsinin evinə gedərək onlarla səmimi görüşlər keçirib.

Görüş zamanı Rəşad Camalov bildirib ki, Şirvan şəhəri birinci Qarabağ savaşında şəhidlər verib. Şirvanın mərd, vətənpərvər şəhər olduğunu qeyd edən deputatlığa namizəd bildirib ki, Azərbaycan hamımızındır. Bu torpaq igidlər diyarı kimi tanınıb.



Görüşlərin sonunda Şirvan sakinləri fevralın 9-da Rəşad Camalova səs verəcəklərini xüsusi qeyd ediblər.