Əbülfət MƏDƏTOĞLU: YAXŞILARDAN XALİ OLMAYAN...

ƏBÜLFƏT MƏDƏTOĞLU
48188 | 2020-02-05 09:20

Tez-tezeşitdiyim sözlərdən biri də "dünya yaxşılardan xali deyil!” deyimidi. Bilmirəm,bunu kim, harda, nə üçün deyib, amma bu deyimin içində çox böyük mənalar var. Həminmənaları hərə öz bildiyi, öz istəyinə uyğun şəkildə, zaman-zaman yozur və bugün də yozmaqdadı. Mən bu yozumların heç birinə qarşı deyiləm və heç ağlımınucundan da bunu keçirmirəm. Ona görə ki, yaşadığım dünyada çəkdiyim bütün yüklərinbir az yüngülləşməsi, bəzilərinin çiynimdən götürülməsi məqamında mənim dəyanımda dayanan, mənə də əl uzadan, mənə də kömək duranlar olubdu, elə bu gün dəvar. Təbii ki, onların arasında tələbə yoldaşlarım, dostlarım və bir də məqsədləri, niyyətləri savab olan adamlar əsas yeri tuturlar. Və məndə öz növbəmdə onların haqqını bacardığım kimi dəyərləndirməyi heç vaxtyadımdan çıxarmıram, unutmuram...

Bəli,yaxşılardan xali olmayan bu dünyada özəl həyatıma işıq tək daxil olmuş və çox təəssüfki, indi Tanrı dəgahına qovuşmuş dostlarım da olub. Onların arasında Dilavər...Rafiq... Vahid... Vaqif... Şirxan... Ələsgər... Polad... Mən bu insanların hərbirinin ruhu qarşısında günündən, saatından asılı olmadan hər an ehtiramla baş əyir,ürəyimdən bir "Allah rəhmət eləsin” duasını təkrar-təkrar keçirirəm. Beləbaxanda bu duanın və yaxud onların adlarının anılmasının bəlkə də nə qədərsavab və yaxud önəmli olması heç bir dəyəri ifadə etməyə bilər. Amma, mənə görə, anılmaq sözün bütün mənalarındaananın qəlbində, xatırlayanın ürəyində yaşamaq deməkdir. Yəni mən haqqa qovuşandostlarımın bu gün də mənimlə bir sırada olduqlarına, tam səmimiyyətimlə deyirəmki, inanıram, əminəm! Və...

Hə, dost itirmək,bu itkinin acısını yaşamaq heç də asan deyil. Əslində bu güvənın, etibarın, sədaqətin,sirdaşlığın hardasa azalmasıdı, seyrəlməsidi. Məhz bu səbəbdən mən itirdiyim mərhumdostlarımla necə kiçildiyimi, necə təkləndiyimi, necə güvənsiz qaldığımıaçıq-aşkar hiss edirəm. Elə bu hissetmə də məni özünə daha çox çəkir, xəyallaradaha çox bağlayır. Hətta bəzən hamıdan, hər kəsdən təcrid edir. Onda ümidimdostlarla bağlı şəkillərə, xatirələrə, bir də yazmaq bacarığıma qalır. Dahadoğrusu, onlara olan o kədərli, amma mənə azacıq rahatlıq gətirən duyğularışeirləşdirməyə... Bilmirəm, bu yazı-pozum necə alınır, amma mən bacardığımkimi, kimsəni yamsılamadan o duyğuları kağıza köçürürəm. Və yazıram ki:


İlahi, kədərimi

Işığa, necətutum?

Səbrimin sondamlasın –

Qaşığa, necətutum?


Ötüb keçdi bir çərək

Daş olaydım məngərək...

İradımı de, ürək–

Aşiqə, necətutum...


Qalmayıb yer taşəklik

Günümə hakim təklik...

Sanki uçubdu kəklik–

Daşlığa, necətutum...


Kimdi istəyənaxı

İçimdəki sonahı!

Sevgimdə məngünahı –

Başlığa, necətutum?


Misralardan dagöründüyü kimi, irad tutmaq, münasibət çözmək heç də asan deyil. Çünki anlayan,dəyər verən qıtlığı var. Elə bil ki, cəmiyyət kasadlaşıb, elə bil ki insanlarmanqurtlaşmağa, yalnız özlərini, çevrələrini və öz ciblərini düşünməklə məşğuldular.Ona görə də haqlar tapdalanır... Ona görədə insanlıq cılızlaşır, söz havada qalır. Hətta ən yaxşı söz belə divara dəyibqayıdır!.. Necə deyərlər, bu mənzərə duyğusal, həqiqət axtaran, həqiqət xəstəsiolan adamlara güllə tək dəyir. Onları öz vücudlarının içərisində qovurur... Vəbir də təəssüf ki, dediyim o məqamların da cılızlaşmaya, manqurtlaşamaya iynəucu boyda olsa təsiri olmur. Arazıaşığından, Kürü topuğundan hesab edənlər atlarını bildikləri kimi çapır,bildiklərini babalarına da vermirlər. Biz isə...

Doğrudan da gerçəyiqəbul etmək insan işidi, adamın vəzifəsidi, adamlığın borcudu. Neyləyək ki, mənimxüsusi vurğuladığım insanlıq, adamlıqindi özü öz hayındadı. Mən də onun gününü ağlamağa çox uğursuz cəhdlər edirəm –küləklə vuruşan kimi! Nə isə...

İndinin özündə dəmən əlimdəki ipucunu buraxmadan, ardınca getdiyim adamlığın, insanlığın bir günxilas olacağına, özünə dönüb böyüklüyünü təsdiq edəcəyinə inamımı qoruyubsaxlayıram. Həmin inama da söykənərək yazdığım könül pıçıltılarının mayasında nəqədər qəm, kədər olmasından asılı olmayaraq, sevginin qalib gələcəyinə inamıbir an da olsun unutmuram. Hətta üzümü Allaha tutub yazıram ki:


Allah, hikkəsintoplayıb

Həsrət mənə tərs-tərsbaxdı...

Sümüklərim dəgöynəyib –

Ruhumun üşüyənvaxtı...


Kipriklərimsanki çal duz

Vağanıyıb dərə,yal, düz...

Yuxuda gördüyümsal buz –

Əriyib içimdənaxdı...


Xəyalım bələkolubdu

Tay canım ələkolubdu...

Qələmi lələkolubdu –

Mənə yazanda bubaxtı...


Hər gün içdəkitalanda

Matdı doğru da,yalanda!

Tükdən asılıqalanda –

Təsəllimdi, şairtaxtı!..


İndi gördünüzmüözümü necə aldadıram, necə özümə toxtaqlıq verirəm. Hətta bu təsəllilərlə, buözümü aldatmaqlarla qürrələnirəm. Belə məqamda özümün özümə acımam da olur,gülməyim də. Görün dünyanın, zamanın hansı bir nöqtəsinə gəlib çıxmışıq? Və bunöqtədə də dayanıb nələrəsə söykənib, nələrdənsə ilhamlanıb ayaqda qalırıq. Əgərbu, gerçəkdən ayaqda olmaqdısa.

Elə bu yerdəcə həmin duyğulara uyğun gələn və əslindəo duyğuların diqtəsi olan bir şeirim yadıma düşdü:


Mən seçmədim özütapdı, bəyəndi

Ürəyimin düz əyininəgəldi dərd...

Göbəyini mənlə kəsdihəsrətin –

Nübarın da eləözü dərdi, dərd!


Mən dil bilən, oda üzü üz görmüş

Neçə çəhlim, neçəcığır, iz görmüş...

Lap məni də,sayın daha siz görmüş –

Sıralayır gecə,gündüz dərdi dərd!


Olmasam da o əkində,biçində

Sirr deyil ki,dünya mənim üçün də!

Bilirəm ki, nə çəkirəmiçimdə -

Ürəyimi hər ansıxan əldi dərd!..


***

Bu gün qayğı,nostalji duyğular və bir də qapı arasında qalmış ümidin ətəyindən tutmağa,işığına sığınmağa nə qədər cəhd etsəm dəalınmır ki, alınmır. Elə bil hər şey mənimlə düşmənçiliyə dayanıb. Əlimi uzadıbgötürmək istədiyim də öz əlimlə qoyduğum yerdə tapılmır. Əlini sıxmaq istədiyimadamın əli də görünməz olur. Və bütün bunlar məni həm düşündürür, həm üşəndirir. Necə deyərlər,özüm-özümdən xoflanıram – həm ağıl baxımından, həm də kənardan mənə göz qoyanların verəcəyi qiymət baxımından...

Siz bu yazınınanlaşılmaz bir not üzərinə kökləndiyini yəqin ki, hiss edirsiniz. İnanın ki, bumənim istəyimlə məqsədli şəkildə belə alınmır. Elə bil ki, içimə çökmüş o ümidsizlikyavaş-yavaş məni özünə təslim edir. Hətta,hərdən mənə elə gəlir ki, son mənzil, son dayanacaq görünür. Elə yerimdəntərpənib addım atsam, bitəcək hər şey...

Kimsə məniqınaya bilər. Və mən də bu qınaqdan qaçmıram. Onun haqlı olduğuna şübhə də etmirəm.Amma neyləyim ki, gördüklərim, yaşadıqlarım bir həyat gerçəyidi. O gerçəyin dəqarşısında ya susasan, ya da boynubükük dayanasan. Seçim etmək haqqım ola-ola mənmisralara üstünlük verirəm. İçimdəki sızıltının ifadəsi olan misralara. Vəyazıram:


Mən Tanrı dərgahına

Üzü qara gedirəm...

Ürəyimi, ruhumu–

Verib yara,gedirəm...


Keçsə də günahlarla

Alınmışcinahlarla...

Bu qədərgünahlarla –

Demə, hara gedirəm?


Ürəyimi oyuram

Nəsimi təksoyuram...

Səni burdaqoyuram –

Özüm hara, gedirəm!..


Tutulubdu göy nədən?

Tək qalanam köhnədən!..

Ürəyini göynədən–

Mənəm yara,gedirəm!..


Hər halda, bumisralar mənim ürəyimə, duyğularıma səpilmiş su da sayıla bilər. Özü də kiprikləriminucundakı duzlu su...

Hə, bütünhallarda ruhum, duyğularım ən azından Sənintərəfindən qəbul edilib, səni ovutmaq üçün anlaşması məncə çox müsbət bir dəyərdi.Fikirimi bir az da açıqlasam, onda bilərsiniz ki, nə demək istəyirəm. Yəniinsanın duyğusu, ruhu onun özünü ovuda bilirsə, onunla dil tapa bilirsə, bir səngərdədayanırsa, bu hardasa yıxılmaqdan qurtulımaqdı... əl uzadıb bir budaqdantutmaqdı... Elə həmin o budaqdan yapışıb ayaqda durmaq istəyənin nümayəndəsikimi özüm gözünüzün önündəyəm. Elə bilirəm ki, gözünüzü yağır etməmişəm,bezdirməmişəm sizi. Və deməli, mənim sizə, sizin də mənə üz tutmağa, deməyəsözünüz var hələ. O sözlərdən biri də həyatıma, ömrümə həsr etdiyim bu şeirdi:


Hər an səninçünyanır

Çıraq ömrüm, şamömrüm...

Nəfəsin bələnəndə-

Olur bütöv – tamömrüm...


Təməlisəndözümün

Mənasısansözümün...

Sən ol, nurugözümün –

Alım səndən kam,ömrüm!


Görəndən qəminüzün

Yerə gəlibdidizin...

Ot bitirir tayizin –

Həsrət dolu cam,ömrüm...


Sən ala bilmədinöc

Bəxtini qınamaheç...

Gəldiyin kimi dəköç –

Bu dünyadan xam,ömrüm!


***

Düşünürəm ki,yaxşıların hələ tükənmədiyi bu dünyada ümidsiz qalmaq hardasa günahdı. Çünkibir işıq yanırsa, bir ocaq közərirsə, bir yaxşı qalırsa, deməli, hələ hər şeybitməyib. Ümidin sonda öldüyünü çox deyiblər, çox yazıblar. Mən də demişəm,yazmışam. Elə bu yazının sonluğuna da həmin deyim tam uyğun gəlir. Və...

İnciməyin,hardasa sizə mənfi yüklər, mənfi çalarlar yaşatdığım üçün, günahkar olduğumubaşa düşürəm. Amma neyləyim ki, yazmaya da bilmirəm. Və könlünüzü öz könlümlə həmahəngetmək üçün misralara üz tutuarm, fikirlərimi şeirlə bitirmək və sizə gələcəkgünlərdə xoş arzularla baş-başa olmağı diləyirəm. İstəyirəm ki, hər kəs gözünüyoldan sevinclə yığsın... hər kəs kipriklərini sevinclə silsin. Və bir də istəyirəmki, "gəl!” deyim.


Yorulmuş ürəyimin

Dözümünü gətir,gəl...

Qor olmuş diləyimin–

Çözümünü götür,gəl...


Dizim hər günbükülür

İçim qat-qatsökülür...

Göyə dəyib,tökülür –

Öz ünümü götür,gəl...


Gözüm yolu geyibta

Gözümü yol yeyibta...

Sən Tanrıyadeyib ta –

Özülümü götür, gəl...


Daşam, ağacam,otam

Bizi yaradan O tam!

Sənsiz buzlayırodam –

Köz ömrünügötür, gəl!..


Bəli, hələkibura qədər. Mən "gəl!” dedim, siz də "gəl!” deməyi unutmayın. Onsuz da yolasalmaq həmişə bizimlədi!..


TƏQVİM / ARXİV