adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Yanvar 2020 15:52
11322
SAĞLAMLIQ
A- A+

BDU-nun tələbəsi karantinə alındı

"Çin vətəndaşıKliniki Tibbi Mərkəzdə (KTM) karantinə alınıb”.

Adalet.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, 22-23 yaşlı çinli oğlan Bakı Dövlət Universitetinin tələbəsidir və bu yaxınlarda Çindən Azərbaycana gəlib:

"Koronavirus təhlükəsi ehtimal olunmur. Sadəcə olaraq, Çindən gəldiyi üçün 14 gün müddətində təhlükəsizlik səbəbilə karantində saxlanılacaq”.

C.İsayev qeyd edib ki, müayinənin nəticələrindən asılı olaraqqərar qəbul olunacaq.