adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

BÖYÜK DOĞUDAN BAŞLANAN YOL

TOFİQ ABDİN
35179 | 2013-05-18 00:19

HƏSƏN BƏYZƏRDABİNİN VƏ ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOVUN NƏVƏSİ: ZƏRİFƏ XANIM KÜRDƏMİR(SULTANOVA) - 1

ALTMIŞINCILARAQISA BİR ARA

Prezidentİlham Əliyevin sərəncamı ilə bu il may ayında çağdaş tariximizə AzərbaycanCümhuriyyətinin qurucularından biri kimi daxil olan görkəmli siyasi xadim vədövlət adamı, diplomat, publisist Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyiqeyd ediləcək.

Şübhəsiz, həmişə olduğu kimi bu dəfə də dövlətbaşçısının sərəncamı tarixi şəxsiyyətlərimizi və irsimizi daha dərindənöyrənmək, daha geniş təbliğ etmək üçünistiqamətləndirici rol oynayır. İnanmaq istərdim ki, bu sərəncam tarixçi vəpolitoloqlarımıza bütün həyatını doğma xalqına həsr etmiş, bu yolda sonsuzməhrumiyyətlərə qatlaşmış Əlimərdan bəy haqqında yeni, tutarlı və əhatəlitədqiqatlar aparmaq baxımından stimul verəcək, onun həyatı, şəxsiyyəti,mübarizəsi haqqında naməlum həqiqətlərin üzə çıxarılmasına yardım edəcək.Fikrimcə, bu yubiley işığında görüləcək ən mühüm işlərdən biri Ə. Topçubaşovunzəngin siyasi-publisistik və epistolyar irsinin toplanması və nəşri olardı.Çünki bu həm də milli dövlətçiliyimizin və XX yüzillikdə pərvəriş tapanAzərbaycan diplomatiyasının tarixi olacaq...

Əlimərdanbəy Topçubaşov milli müstəqillik və dövlətçiliyimiz üçün borclu olduğumuz tarixi şəxsiyyətlərdəndir. Azərbaycancəmiyyətinə "Yox millətimin xətti bu imzalar içində!"əhval-ruhiyyəsinin hakim kəsildiyi bir dövrdə o, təkcə doğma xalqının deyil,Rusiya imperiyasında yaşayan bütün türk-müsəlman əhalinin liderlərindən birikimi siyasət və ictimai fəaliyyət meydanına atılmışdı. Rusiya müsəlmanlarının ilksiyasi təşkilatının - "İttifaqi-müslim" partiyasının qurulmasında,bir-birinin ardınca üç türk qurultayının keçirilməsində, Dövlət dumalarındaMüsəlman fraksiyasının yaradılmasında və fəaliyyətinə rəhbərlikdə onun müstəsnaxidmətləri olmuşdu. Tutduğu yol, öncüllərindən biri olduğu siyasi mübarizəƏ.Topçubaşovu məntiqi şəkildə müstəqil milli dövlətin - AzərbaycanCümhuriyyətinin qurucuları sırasına gətirmişdi. O, ən çətin sahəyə - xaricisiyasətə rəhbərlik etmişdi. Nüfuz, bilik və təcrübəsinə ehtiram duyan mübarizəyoldaşları onu qiyabi surətdə ali qanunverici orqanın - ölkə Parlamentininsədri seçmişdilər. Əlimərdan bəy Paris Sülh konfransında gənc AzərbaycanCümhuriyyətinin dünya gücləri tərəfindən de-fakto tanınması kimi böyük qələbəyəimza atmışdı. 1919-cu ildə Versal Sülh konfransında bu beynəlxalq siyasi etirafbaş verməsəydi, bolşevik işğalından sonra Azərbaycanın müttəfiq respublikastatusu alması çox böyük sual altında qalacaqdı.

VilayətQuliyev. 15.04.2013 ("525-ci qəzet")

...Təbiibir az həssaslıqla baxdıqda həqiqətən Zərifə xanım Kürdəmir və ya Sultanovadeyildikdə bir o qədər təsiredici səslənmir bəlkə də. Düşünürsən: bu da birxanımdır: yüzlərdən, minlərdən birisi olan bir türk xanımı və yaxından tanışolmasan bəlkə heç əhəmiyyət də verməzsən, lap elə desələr də ki, bu damühacirdir. Əslində bu adamlar özlərinə mühacir də demirlər, bu başqa yazımövzusudur. Bunu mən irəlidə bir fəsildə anladacağam.

İndisöhbətimiz bu xanım haqqındadır.

Dediyimkimi, kimin kim olduğu deyilməyənə qədər, heç şübhəsiz qarşıdakı adamın dagünahı yoxdur istər soyuqqanlı olsun, istər biganə, istər mehriban. Amma bir azyazıçılığın olsa, bir az qəzetçiliyin olsa,o zaman ortam dəyişir və təbii özümü misal olaraq göstərə bilərəm ki,həmən dəyişirsən və maraqlanmağa başlayırsan. Yəni mən bütün bundan sonrakıyazılarım üçün də anlam daşıyan bir şeyi söyləmək istərdim.

Mən bukitabı ( "AH İSTANBUL...İSTANBUL" kitabı nəzərdə tutulur ) yazdığım1998-ci il aprel ayı da daxil heç soyuqqanlı olmadım bu insanlara, amma açıq söyləyirəm bu insanlar artıq bizimdüşündüyümüz kimi azərbaycanlılar deyillər və hətta bəzən mənə elə gəlirdi ki,heç buralı da deyillər bəlkə də, yəni Türkiyə xaricində bir insanlardırlar.Yüksək mədəniyyətli və hətta o qədər yüksək mədəniyyətli ki, səndən ayrılan kimi səni unudaraq və özləriüçün yaşayan bir insandırlar. Biz onlara bəzən zorla özümüzünkü bilərəkyanaşırıq və yaxşı da eləyirik. Amma mənə elə gəlir ki, onların belə olmasındada bir günah yoxdur. Ona görə ki, artıqbu insanlar bir ayrı dünyada yaşayırlar və bir də mənim dəhşətli müşahidəelədiyim bir şey də var. Bunu ayrıca olaraq vurğulamaq istəyirəm:

Türkiyədəyaşadığım bir neçə ildə gördüm ki, yeni nəsil deyilən və İstanbula müxtəlifsəbəblərlə yerləşən azərbaycanlılar belə bir neçə il ərzində o qədəryadlaşıblar ki, bir-birilərinə qarşı o qədər soyuq olublar ki, bunu heç nəyləmüqayisə eləmək mümkün deyil. Nəinki soyuq olublar və hətta bir-birilərinədüşmən olurlar. Bu mənim bir müşahidəmdir. Mən siz deyən səfeh birisi deyiləmvə az da yaşamadım bu İstanbulda.

Bu dəhşətbir vəziyyətdir.

Beləolduqda, təbii ki, bu adamlardan-mühacirmi deyək, əski azərbaycanlılarmı deyək,nə bilim nə deyək, bu insanlardan, bu adamlardan bu biganəliyi və yadlığıgörməyim bir o qədər də heyrətli şey deyil.

(Həsən bəyZərdabinin və Əlimərdan bəy Topçubaşovun nəvəsi ): Zərifə xanım Kürdəmir(Sultanova)

Mötərizədəyazdığım bu tanışlıq əlamətlərini mənə bir adam söylədi və mən bu yaşlı qadınlada onun vasitəsiylə görüşdüm.

Həyatyoldaşım Gülnaz xanım Azərbaycan İstanbul Baş konsulluğunda işlədiyində mənədedi ki, konsulluqda əskiazərbaycanlılarla görüş keçiriləcək. Gəlmək istəyirsən, sən də gəl. Gəlməzolurdummu heç.

Gəldim vəgördüm. Gördüm və tanış oldum. Ataları və babaları Azərbaycanda doğulan ikiböyük insanımızın ortaq nəvəsi ZƏRİFƏ XANIM KÜRDƏMİR.

Əslində buxanım mənim İstanbulda tanış olduğum ilk və son insan deyil. Başqaları da var.

Güman ki,bu adamları da Azərbaycandan tanıyan ilk və son yazar mən deyiləm. Məndən qabaqbu adamlarla söhbət eləyən və onların haqqında yazılar yazan heç bir kəsitanımıram. Bəlkə də heç yazı da yoxdur, şəxsən bu adamlar haqqında. Onların atavə babaları haqqında yazılanları və yazanları mən nəzərdə tutmuram. Mənim yazılarımdabəzi şeylər əvvəllərdə bu adamlar haqqında yazılan bəzi şeylərlə toqquşsa da,mənə elə gəlir ki, bu bir o qədər dəqorxulu deyil. Burada işin xeyirxahlığı ön planda olmalıdır məncə...

Və necəolmasa da mütləq yeni bir fakt çıxacaq ortaya....

...Qarşımdaoturan bu qadın Zərifə xanım Kürdəmir iki böyük şəxsiyyətimizin nəslindən olanbir xanım-xatın əfəndi. Təmiz türkcə danışır, bir az fransızcaya dartırsözləri, ancaq ən mühümü: Ata və babalarından yaddaşına ilişib ona yadigarqalan bizim türkcədə bəzi şeyləri o qədər gözəl və o qədər şirin deyir ki,heyran olmaya bilmirsən.

İncə, bizimdildə arıq, çox arıq, cansız, ixtiyar bir qadın... Sözün əsil mənasındaxanımdır. Təbii, illərin, ayların izləri (mənə elə gəlir ki, əziyyət və sarsıntı izləri də ola bilər bunlar) biraz da yaşın verdiyi izlər bu xanımınnurani sifətində, üzündə görünməkdədir.

Gözə dəyənqırışları var. Amma yaraşır ona. Hər halda onun bu görümündəqohum-qardaşlarından keçən çox şey var...

Mənonlardan heç birini tanımamışam. Heç birini...

Ən vacib vəönəmli bir məqam:

Bu qadınaəslində Azərbaycanlıdan daha çox fransız, ingilis, alman, daha nə bilim həttaən uzağı İstanbul türkü demək daha doğru olar.

Amma yox.Söhbətimiz şirinləşdikcə və uzandıqca çox sadə,çox həlim, yüksək mədəniyyətlə babam, annəm, annə babam, baba annəmkəlmələrini işlətdikcə istər-istəməz mənim içimdə bir qərib kədər cücərir.

Gözlərimdolur. Bilmirəm, nədən.

Düşünürəmki, mənim qəriblik çəkməyim hələ tezdir.

...Bu qadınəslində bir Azərbaycanlıdan daha çox bir fransız qadınını xatırladır oturuşuylavə danışığıyla...

Mənimfikirlərimi oxuyurmuş kimi, bir az öncə verdiyim sualın cavabını deyir mənə:

"1921-ciildə Fransada, Parisdə doğulmuşam".

Bu sözlərideyir və gətirdiyi əsgi şəkilləri masanın üstünə qoyur. O çox sakit, çox aramlavə çox diqqətlə və bir az kədərlə şəkillərdəki insanları - qohumlarını vəşəkildə olan başqa adamları mənə tanıdır.

Köhnə, çoxköhnə, əskimiş şəkillərdir.

Not: Mənonun danışığında heç bir şeyi dəyişdirməyəcəyəm.

"Atam,anam Rrus istilası zamanı Qafqazdan qaçıblar. Və eləcə Amerikaya gediblər. Birişləri varmış. Bilirsiniz, onlar Bakıdan qaçanda özləriylə heç bir şeygötürməyiblər. Atamın xalça fabrikaları və bir xalça dükanı varmış o zamanBakıda. O zaman Amerikadan Bakıya gələn amerikalılara xalılar satmışlar, ancaqpulunu ala bilməmişlər. Elə o pulu almaq və o pulla da keçinəcəklərini saxlayabilmək üçün Amerikaya üz tutublar. Təbii ki,pulu ala bilməyiblər. Bir il Amerikada yaşayandan sonra Parisəgəliblər".

Mən özüm dəbilmədən Zərifə xanımın doğum tarixini bir də soruşuram, bu dəfə o da mənə çoxqəribə bir cavab verir:

"1920sənəsində anam mənə hamilə qalıb, 1921-ci ildə mən doğulmuşam".

Məngülümsünürəm və bu "hamilə qalmış" sözü mənə o qədər şirin gəlir ki...

Davam edir:"Anamın adı Saradır. Sara Kürdəmir. Familyası... anamın familyasıSultanova olub. Atatürk soyadların, familyaların dəyişilməsi barədə xüsusi birqərar verdikdən sonra (bu qərarın altını türklər indi də çəkirlər, çünki dünya qarışıb bir-birinə və mən busoyad məsələsinə aid bir yazı da yazmışam, onu da başqa bir kitabda çapetdirmək qismət olsa oxuyarsınız-T.A.) biz də Kürdəmir soyadını, familyasını almışıq".

Mən təkrarsoruşuram: bəs, neyçin Kürdəmir?

Zərifəxanım bu sualı gözləyirmiş kimi:

"Babam(yəni atam) seçib bu soyadı. Bir yer varmış Azərbaycanda. Kürdəmir adıyla. Bizdə hələ Türkiyəyə gəlməzdən qabaq bu soyadı alacağımızı düşünüb və arada bir busoyadı da istifadə eləyirdik".

(Davamedəcək)

Tofiq Abdin

[email protected]

www.tofigabdin.com

TƏQVİM / ARXİV