adalet.az header logo
  • Bakı 20°C
04 Fevral 2020 09:50
50773
ŞOU-BİZNES
A- A+

Şairə Nazilə Səfərli: “Könül Kərimova da, Aşıq Samirə də...”

"Mənim "Qardaş bu ceyranı hardan almısan" mahnımla Könül Kərimova özünə villa aldı, aşıq Samirə maşınını dəyişdi. Amma mən bunu heç yerdə demirəm. Çünki mən fikirləşirəm ki, sənətkardır, mahnımı oxuyur, burada şişirdiləsi nə var ki?! Əksinə, onların mənim mahnımı oxuması mənə çox xoş gəlir".

Adalet.az xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli aparıcısı olduğu "Ona qalsa" verilişində deyib. şairə bildirib ki, onun sözlərinə bəstələnən mahnılarla bəzi müğənnilər özlərinə ev, maşın alıb:
Yəqin ki, hər iki sənətçinin -"Qardaş bu ceyranı hardan almısan" mahnısı ilə özünə ev alan Könül Kərimovanın da, maşınını dəyişən aşıq Samirənin adlarının belə bir mövzuda çəkilməsi Nazilə Səfərliyə yeni qalmaqallar yaşadacaq.

Qeyd edək ki, şairə Nazilə Səfərli mütəmadi olaraq qalmaqallarda adı hallanır. Sonuncu dəfə isə tanınmış aparıcı Xoşqədəm Hidayətqızı ilə hətta məhkəməyə qədər getmişdilər.

Əntiqə Rəşid