adalet.az header logo
  • Bakı 7°C
09 Fevral 2020 18:07
34370
GÜNDƏM
A- A+

BU KİTABXANA AQİL ABBASIN FÜZULİYƏ VƏ BAYATA HƏDİYYƏSİDİ

83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd Aqil Abbas Bayatda (Boyat) seçicilərlə görüşüb. Görüş Füzuli adına Bayat kənd kitabxanasının qarşısında, Füzulinin abidəsinin önündə keçirilib.

Xatırladaq ki, bu kitabxananı Aqil Abbas 1988-ci ildə Bayatın və Füzulinin xatirəsinə tikdirib. Abidə isə hazırda Konya universitetində çalışan, Ağcabədinin fəxrlərindən biri, görkəmli heykəltəraş Məzahir Avşar tərəfindən hazırlanıb. Kitabxana bugünki şəhər kitabxanalarından heç də geri qalmır. Kitabxana hazır olduqdan sonra Rəşad Məcid (1000 kitab), eləcə də Azərbaycanın görkəmli ziyalıları, şair və yazıçıları öz şəxsi kitabxanalarından bura mindən çox kitab hədiyyə ediblər. 900 kitab da Aqil Abbas bağışlayıb. Və hər dəfə Bayata gedəndə, özü də tez-tez gedir, çünki dədə-baba ocaqları da bu kənddədi, 100-200 kitab hədiyyə edir.


Görüş çox maraqlı keçdi. Əvvəla, sakinlər Bayata vaxtından əvvəl qaz çəkdirdiyinə görə SOCAR-ın prezidenti Rövnəq Abdullayevə və Bayata, eləcə də digər kəndlərə yüksək səviyyəli yol çəkdirdiyinə görə Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova onların təşəkkürünü çatdırmağı Aqil Abbasdan xahiş etdilər.

Və kənddə yeni bir uşaq bağçasının tikilməsini də çox vacib saydılar.