adalet.az header logo
  • Bakı 16°C
31 Yanvar 2020 13:11
36861
DÜNYA
A- A+

Bəşəriyyətin təhlükəli imtahanı – Dünyanın əlacsız xəstəlikləri

Dünyanın qorxuc xəstəliklər siyahısına daha bir xəstəliyin adı da əlavə olunub. Koronavirus! Çində koronavirusa (2019-nCoV) yoluxanların sayı 9692 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 213-ə çatıb.Virusa yoluxanlardan 1527 nəfərin vəziyyəti ağırdır. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 15 min 238 nəfərə çatıb. Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniyada, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin və İtaliyada ümumilikdə 100-ə yaxın adamın virusa yoluxması təsdiqlənib. Həmin xəstələrin əsas hissəsi ya Xubey sakinləri, ya da bu yaxınlarda Xubeydə səfərdə olanlardır.

Adalet.az xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (DST) fövqəladə komitəsinin yanvarın 30-da keçirilmiş iclasında yeni növ koronavirusla bağlı qlobal fövqəladə vəziyyət elan olunub.

Əlacsız xəstəliklər- sağalmayan mərəzlər

Amma dünya hər zaman qorxunc xəstəliklərin əlindən xeyli əziyyət çəkib, bəşəriyyəti qorxunc xəstəliklər həmişə ağır imtahana salıb. Bu xəstəliklərin içərisində nadir olan xəstəliklər də var ki, dünyada 1 və ya 2 nəfərdədir.



1. Bədəndəki əzələlərin sümüyə çevrilməsi ilə əmələ gələn bu xəstəlik nadir xəstəliklərdən biridir.

2. Qan ağlama xəstəliyi. Özü-özünə keçə bilər, lakin müalicə tələb edən xəstəlikdir.

3. Bədənin bəzi yerlərində böyümə olur və bu böyümənin qarşısını almaq olmur. Bu da bədəni deformasiyaya uğradır.

4. "Vampis” xəstəliyi deyilən bu xəstəlikdə dəri günəşə qarşı həddən artıq həssas olur. Günəşlə ən kiçik bir təmas belə dəridə yanmağa və ağrıya səbəb ola bilir.


5. Növbəti xəstəlik əl və ayaqlarda çıxan ziyillərin şişə çevrilməsi nəticəsində ziyillərin ağac, kök və ağacın gövdəsi şəklini almasından ibarət olan bir xəstəlikdir.

6. Nadir görülən bu xəstəlik xərçəng xarakterlidir. Fransada bu xəstəliyə tutulan 53 yaşındakı qadın eftenaziya olunmasını şəxsən prezidentdən istəmişdi. Ancaq bu xahiş qəbul edilməmişdi.

7. "Xarici əl” sindromu deyilən xəstəlikdə adam əllərindən birinin idarəsini təmin edə bilmir. Əl və qol öz-özünə hərəkət edir və xəstə hərəkətlərini dayandıra bilmir.

8. Böyümə xəstəliyi. Bədəndə, xüsusilə qol, ayaq və üz nahiyəsi dayanmadan böyüyür.

9. "Fil” xəstəliyi deyilən bu xəstəlik tropik bölgələrdə bəzi soxulcan sürfələrinin ağcaqanadlar vasitəsilə insan bədəninə girməsi ilə başlayır. Bu xəstəlik Devid Linçin filmində də mövzu olub.



10. Xəstəliyin adı "möcüzələr diyarı” sindromu adlanır. Bu xəstəliyə tutulan insanlar obyektləri olduqlarından çox daha kiçik görürlər.

11. "Ölü adam” deyilən bu xəstəlik psixoloji xəstəlikdir. İnsan özünü ölü kimi hiss edir və çürüdüyünü, bədənindən ət parçası düşdüyünü fikirləşir.

12. Dərinin üstündə şişlərin böyüməsi və bütün bədənə yayılması ilə başlayan bu xəstəlik nadir xəstəliklərdəndir. Bu xəstəlik dünyada sadəcə bir-iki adamda var.



Əziz oxucular, Allah hər kəsə bir ömür bəxş edib. Dəqiqini bilmirik, uzun olacaq, ya gödək. Amma sağlam olması vacibdir və öz əlimizdədir.! Çünki sağlam olmayan can, qazandığın hər şeyi. eləcə də ömrün uzun olmasını da mənasızlaşdırır! Çalışın xəstələnməyin!

Əntiqə Rəşid