adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: DÜYÜN

FAİQ QİSMƏTOĞLU
56709 | 2020-02-05 09:25

(Əvvəli burada)

... Məhkəməprosesinin uzanması həm hakimi yormuşdu, həm də müttəhimləri. Hakim dəçalışırdı ki, məhkəmə istintaqında qaranlıq məqamlara işıq salsın, düyünədüşmüş cinayət işinin açılmasına çalışsın. Məmməd Kərimov məhkəməni bir neçəgünlüyə təxirə saldı. Gəlib kabinetində əyləşərək masanın üstünə qoyduğu "Malbro”siqaretinin qutusundan birini götürüb yandırdı. Bir neçə qullab vurdu,siqaretin tüstüsü ətrafa yayıldı. Ayağa qalxıb pəncərəni açdı ki, siqaretintüstüsü çölə çıxsın. Kabinetə girib eləyən olar, siqaretin tüstüsü onlarıtutar. O heç kabinetdə siqaret çəkən də deyildi.

... Bu dəfə necə oldusa, əsəbindən siqareti yandırdı vəyenidən bir neçə qullab vurdu. Cinayət işinin materiallarını bir də nəzərdənkeçirdi. Çünki ilkin istintaqla məhkəmə istintaqında verilən ifadələr üst-üstədüşmürdü. Hələ üstəlik hər iki müttəhimin – Eldar və Nəcəf qardaşlarınınpaltarlarındakı qan izləri ilə bağlı ekspertiza rəyi də verilmişdir. Həmin rəydəgöstərilirdi ki, onların paltarındakı qan izi insan qanı deyil, heyvan qanıdı.Bütün maddi sübutlar cinayət məsuliyyətinə cəlb olunmuş hər iki müttəhiminxeyrinə idi. Elə hakim Məmməd Kərimov da ekspertiza rəylərindən sonra da düzgünyol tutduğuna bir daha əmin olmuş və haqq-ədalətin qalib gəlməsi üçün sona qədərbir hakim olaraq mübarizə aparacağına inanırdı.

Ekspertiza rəylərinəbaxandan sonra bir qədər sakitləşdi və dərindən nəfəs aldı. Bu sakitlik onunçöhrəsində də özünü göstərdi. Gərgin məhkəməistintaqı zamanı birinci dəfə idi ki, onun çöhrəsinə təbəssüm qonurdu. Açıq pəncərədənkabinetə Ərgünəşin təmiz havası dolurdu. Və bu təmiz hava hakimin qəlbini, ürəyinibir az da sakitləşdirirdi...

... Poçtalyon Qədir hakim Məmməd Kərimovla dostluq eləyirdi. Dahadoğrusu, bir dəfə "dolaşıq işi” olmuşdu, poçtalyon Qədir də möhkəm qorxuyadüşmüşdü, qaçmışdı Məmməd Kərimovun yaxın dostu, rayspolkomun sədr müaviniHacıyevin yanına. Hacıyev də hakimlə danışmışdı və onu tapşırmışdı. Hakim dədemişdi ki, qorxmasın, gəlsin yanıma! Elə birinci tanışlıqdan Məmməd Kərimovunpoçtalyon Qədirdən xoşu gəlmişdi. Çünki poçtalyon Qədir elə-belə adam deyildi.Çox duzlu, məzəli, yumorlu və minlərlə lətifə bilən şirin bir adam idi. ...Onun söhbətinə kimsə bir dəfə qulaq assaydı, çətin ki, bir də ondan ayrılardı.Və poçtalyon Qədir də həm Seyran Səxavətlə dostluq eləyirdi, həm də digərtanınmış böyük yazarlarla. Çox vaxt onu heç kim rahatlıqla tapa bilməzdi. Pulluvə imkanlı adamlar poçtalyon Qədiri axtarıb tapar, onu yeyib-içməyə aparar və məclislərindətamadalıq eləyərdi.

Bax, beləcərayonun hakimi Məmməd Kərimovla poçtalyon Qədirin dostluğu yaranmışdı. Bu dəfədə poçtalyon Qədirə Seyran Səxavət iki kitab vermişdi. Biri özünün "Daş evlər”i,biri də "Firon” kitabı. Tapşırmışdı ki, hər ikisini tezliklə hakiməçatdırsın. O da hakimin katibəsi əyləşənkabinetə girdi və dedi:

- Sudyaya deyin,poçtalyon Qədir gəlib.

Katibə dinmədi.Poçtalyon Qədir bundan daha da əsəbləşdi:

- Aaz, niyədinmirsən? Get sudyaya denən ki, poçtalyon Qədir gəlib dayna!

Katibə:

- Deyə bilmərəm.Çünki sudyanın qanı çox qaradı. Səndən əvvəl rəisin müavini gəlmişdi, qəbul eləmədi.Dedi ki, başım qarışıqdı. İndi mən durum deyim ki, poçtalyon Qədir gəlib? Axı sənkimsən ey, Allahın bacısı oğlusan, rəissən, yoxsa Tiflis Ağayevsən?

- Aaz, sənin nəişinə qalıb ey. Get de, qoy qəbul eləməsin dayna!

Katibə qız gördüki, bu poçtalyon Qədir ondan əl çəkən deyil, ayağa qalxıb hakimin otağınakeçdi. Bir dəqiqədən sonra gülə-gülə qayıtdı:

- Sən nə hörmətliadamsanmış, sudya deyir gəlsin. Keçin içəri!- dedi.

Poçtalyon Qədiriçəri keçən kimi hakim Məmməd Kərimov kreslodan ayağa qalxdı:

- Ay Qədir, bu Füzulidəhamı səni tanıyır, bu qız tanımır. Təzə işləyir ey, ona görə. Tay o da sənitanıdı. Nə var, nə yox? Yenə qoltuğunda nəsə gətirmisən elə bil...

Hakim onunla çoxsəmimi görüşdü. Əyləşmək üçün yer göstərdi. Aralarında səmimi söhbət yenidənbaşlandı. Hakim katibəyə dedi ki, iki stəkan çay gətirsin. Katibə qız da birgöz qırpımında iki stəkan çayı gətirib masanın üstünə qoydu. Qədir içərisindəkitab olan bağlamanı hakimə tərəf uzatdı. Və əlavə etdi ki, bunları sənədostunuz Seyran Səxavət göndərib. Hakim bağlamanı açdı, orda həm Seyran Səxavətin,həm də çoxdan axtardığı məşhur bir kitabı görəndə çox sevindi. "Daş evlər”i və"Firon”u bir nəfəsə vərəqlədi. Dedi axşam oxumağa başlayacağam. "Firon”kitabını nə vaxtdandı rayonda axtarırdım tapa bilmirdim . Çox sağ olsunSeyranı, bu kitabı tapıb mənə göndərib...

Poçtalyon Qədirgördü ki, kitabları gətirməyi hakimi çox sevindirdi. Hətta Məmməd Kərimov ayağaqalxıb dedi ki, bu kitablara görə, "Çənlibel”də bir qonaqlıq mənim boynuma.Yoxsa, bu dəqiqə durub gedib orda başımızı açıb rahat oturardıq. Amma bir cinayətişi var. Onun məhkəmə işini başa çatdırmamış boğazımdan çörək rahat keçməz.

Poçtalyon Qədirdilləndi:

- Ay sudya,onsuz da sən bizə həmişə qonaqlıq verirsən ey! Bir dəfə də olsun kimisəni şotvermək üçün əlini cibinə salmağa qoymursan. Ay rəhmətliyin oğlu, imkan ver, birdəfə də biz sənin qulluğunda duraq da! O gün Seyran Səxavət deyirdi ki, Füzuliyəgələndə, sudya, sən, mən qardaşım Xanlargildə ev şəraitində oturub bir tikə çörəkkəsərik...

Məmməd Kərimovona bir qədər yaxınlaşıb dedi:

- Darıxma, buFüzuli camaatı çox gözəl insanlardı. Harda, necə desən, Allah qoysa, Seyran Səxavətlə oturub bir yerdə çörək kəsərik. Sizin camaatçörəyə, dostluğa çox sədaqətlidi...

Hakim Məmməd Kərimovpoçtalyon Qədirin ayağa qalxdığını görübonu ötürmək istədi. Poçtalyon Qədir də dedi ki, sudya, sənə bir xoruz səsieşitməmiş anektod deyib gedirəm. Bir lətifə danışdı, hakim uğunub getdi. Qapıyaqədər poçtalyon Qədiri ötürdü. Çölə çıxanda katibə qız ona diqqətlə baxdı. PoçtalyonQədir ona da bir lətifə danışdı. Bu lətifədən sonra qaş-qabağı yer süpürənkatibə qızın çöhrəsində gülüş yarandı...

... Raykomunbirinci katibi Qədim Əhmədov, rayon prokuroru Zeynalovu, milis rəisi Dadaşovu qəbulunaçağırtdırmışdı. Və onlar da bilirdi ki, katib onları nəyə görə bura dəvət eləyib.Bəri başdan həm prokuror, həm də rəis hansı suallar veriləcəyini yaxşı bilirdi.Köməkçi dedi:

- Katib sizikabinetə dəvət edir.

Raykomun birincikatibi Qədim Əhmədov çox savadlı, həm də səbrli bir adam idi. Yəni hamını axıraqədər kimliyindən asılı olmayaraq, dinləməyi bacarırdı. Prokuror da, rəis dəbirinci katiblə əl görüşdülər. Sonra stulda əyləşdilər. Katib üzünü prokuroratutub dedi:

- Tay mənkabinetdə otura bilmirəm. Sekadan həftə səkkiz, mən doqquz zəng edib Bəhmənlidəkiölüm hadisəsi ilə bağlı məndən məlumat istəyirlər. Həm zərərçəkən, həm dəittiham olunan tərəf bütün günü yuxarılara şikayət yazır. Siz isə bu cinayətişinin üstünü hələ də aça bilməmisiniz. Bəs onda o kresloda niyə oturmusunuz?

ProkurorZeynalov sakit tərzdə bildirdi:

- Yoldaş Əhmədov,cinayət işinin üstünü çoxdan açmışıq. Öləndə məlumdu, öldürən də. Bircə qalır cinayətkarlara cəza təyin etmək. Bax, bunuda hakim Məmməd Kərimov uzadır. Bilmirik, qarnının ağrısı nədir?

Prokuror sözünütamamlamamış milis rəisi Dadaşov o fikri davam etdirdi:

- Prokuror düzdeyir, hadisə vaxtı mən məzuniyyətdəydim. Məzuniyyətdən gələn kimi cinayətişiylə maraqlandım. Gördüm ki, müstəntiqlər bütün istintaq hərəkətlərini və əməliyyat-axtarıştədbirlərini peşəkarlıqla aparıblar. Ammabaş açmırıq ki, hakim Məmməd Kərimov nə üçün bu prosesi bitirmir və müttəhimlərədə cəza təyin etmir?

Birinci katib həmprokuroru, həm də milis rəisini dinləyəndən sonra bərk əsəbləşdi:

- Siz necəprokuror, rəissiniz ki, 25 yaşında birhakimlə bacarmırsınız? Deyəsən, onun boynu hələ qoltuq altı görməyib. Bu işiuzatmaq olmaz.

... Birincikatib Qədim Əhmədov prokurorla, rəislə söhbətindən sonra köməkçisinə dedi ki,hakim Məmməd Kərimovu təcili raykoma çağırsınlar. Məmməd Kərimov da məhkəməprosesini yenicə başlamışdı. Birinci katibin çağırışını hakimə çatdırdılar. Oisə çox soyuqqanlı halda prosesi təxirə saldı və düşündü ki, birinci katib onuçağırıbsa, deməli, prokuror da, rəis də onu "baqaja” qoyub...

... Raykomunbinası ilə məhkəmənin arasındakı məsafə bir o qədər də uzaq deyildi. Cəmi300-400 metr idi. Sürücü maşını işə saldı ki, hakimi raykoma aparsın. Ammahakim əliylə işarə elədi ki, maşına ehtiyacı yoxdu, piyada gedəcək. Hakimpiyada raykomun binasına sarı addımlayırdı. Bu vaxt onun qarşısına "Araz” qəzetininredaktoru Məcnun Namazəliyev çıxdı. Onsuz da Füzuli camaatı hakim Məmməd Kərimovunpiyada getməsini çox görmüşdü. Və bu dəfə də piyada getməsi heç Məcnun müəllimidə təəccübləndirmədi. Amma Məcnun müəllim öz təklifini elədi:

- Kərimov,maşına ehtiyac varsa, hara deyirsiniz, sürücüyə göstəriş verim aparsın.

Haki güldü vədedi:

- Məcnun müəllim,çox sağ olun! Qədim Əhmədov qağırıb, gedim görüm nə deyir.

... Raykomunbinasına çatanda şöbə müdirləri və digər əməkdaşlar hakim Məmməd Kərimovla çoxmehribancasına görüşdülər. Hələ Məhərrəm Nəzərov bir zarafat da elədi:

- Sən belə yerlərəgələn deyilsən, xeyir ola?

Hakim:

- Əhmədov dəvəteləyib. Qalxıram yanına!

... Pilləkənlərihakim çox səbrlə qalxdı. Elə qalxırdı ki, sanki 25 yaşında cavan oğlan yox, 70yaşında bir insan addımlayırdı. Çünki cinayət işiylə əlaqədər o qədər beynindəfikir dolaşırdı ki, özü də hiss edirdi ki, həddindən artıq yüklənib. Qəbulotağına keçdi. Köməkçi hakimi görən kimi ayağa qalxdı və daxili telefonugötürüb birinci katibə məlumat verdi:

- Yoldaş Əhmədov,hakim Məmməd Kərimov gəlib...


(Ardı var)


TƏQVİM / ARXİV