adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Yanvar 2020 12:20
33131
SİYASƏT
A- A+

Ayaz Abdullayev seçicilərlə əkin sahələrində görüşdü - Fotolar

95 saylı Tərtər Seçki Dairəsindən deputatlığa bitərəf namizəd Ayaz Abdullayev rayonun Hacıqərvənd və Buruc kəndlərinin sakinləri ilə görüşüb.

A.Abdullayevin Seçki Qərargahından verilən məlumata görə, deputatlığa namizəd seçicilərin problemlərini dinləyib.

Əkin sahələrinə baş çəkən A.Abdullayev onları maraqlandıran və narahat edən məsələlərdən ən başlıcasının su problemi haqqında məlumatlı olduğunu bildirib.



"Bu kəndlərin bağ və otlaq sahələrində su probleminə görə məhsuldarlıq zəifdir. Torpaq münbit olduğu üçün taxılçılıq inkişaf etsə də, suyun az olması kəndliləri narahat edir" - deyə A.Abdullayev qeyd edib.
Kənd sakinləri pambıqçılığa göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.



Qeyd edək ki, bütün şəhər və kəndlərdə olduğu kimi Tərtərdə də yüksək seçki ab-havası yaşanır. Tərtərlilər problemlərini rahat şəkildə çatdıra biləcək və həmin problemlərin həll olunması üçün çalışacaq millət vəkili seçmək niyyətindədirlər.