adalet.az header logo
  • Bakı 12°C
31 Yanvar 2020 12:04
35677
GÜNDƏM
A- A+

Dünya Səhiyyə Təşkilatı həyəcan təbili çaldı!

Dünya Səhiyyə Təşkilatı Çinin Vuhan şəhərində ortaya çıxan və dünyanın 18 ölkəsinə yayılan korona virusu ilə bağlı beynəlxalq həyəcan təbili çaldı. Çində virusa yoluxub ölənlərin sayı 170-dən 213-ə qalxıb. İndiyə kimi aşkarlanan virusa yoluxanların sayı isə 9692-dir. Bu rəqəm 11 gün içində yoluxanların sayının 45 dəfə artmasını göstərir.

DST-nın direktoru Tedros Adhanom Ghebreyesus fövqəladə hal elan edilməsilə bağlı verdiyi açıqlamada virusun əsas səbəblərinin təkcə Çində deyil, digər ölkələrdə yaşananların da olduğunu deyib. Amma Çin xaricində digəe ölkələrdə indiyədək virsudan ölüm faktına rast gəlinməyib.

Bundan qabaq da DST donuz qripi, zika və ebola virusları səbəbilə fövqəladə hal elan etmişdi.

Korona virusu ilə bağlı son vəziyyət
.
İtaliyanın Civitavecçia şəhərində içində 27 türkün də olduğu gəmi korona virusundan şübhəli bilinib dayandırılıb. Ancaq gəmidə olan adamlardan heç birinin korona virusunun daşıyıcısı olduğu aşkara çıxmayıb.

İtaliyanın Roma şəhərində iki Çinli turistdə korona virusu aşkarlanıb və İtaliya-Çin hava gediş-gəlişi dayandırılıb.

Amerikanın Çikaqo əyalətində korona virusu aşkarlanb və bu səbəblə Çinin Vuhan şəhərindən qayıdan 200 min ABŞ vətəndaşı hərbi bazada 72 saat nəzarət altına alınıb.

Rusiya Çinlə olan 4300 kilometrlik sərhəddini bağlamaq qərarı verib.

Yaponiyanın paytaxtı Tokioda da iki təyyarədən üç sərnişinin virus daşıyıcısı olduğu aşkar olunub.

Hindistanda da Vuhan təhsil alan bir tələbənin virus daşıyıcısı olduğu məlum olub.

Türkiyədə hələ ki, virusa yoluxma halları aşkarlanmasa da, dövlət bu barədə ciddi tədbirlər görməyə başlayıb.

Vuhanda yaşayan 32 türkün təxliyəsinə və onların nəzarətə götürüləcəyi barədə qərar verilib.

Çinin Hubay əyalətində yaşayan 60 milyon insanın giriş və çıxışı qadağa olunub.

Britaniya, Avstraliya, Cənubi Koreya, Sinqapur və Yeni Zelandiya kimi ölkələr də vətəndaşlarını Çindən təxliyə etməyə başlayıb.