adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Yanvar 2020 10:41
22810
SİYASƏT
A- A+

ABŞ səfirliyindən Cenevrə danışıqları barədə AÇIQLAMA

ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin (Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan) Cenevrədə keçirilən danışıqları ilə bağlı açıqlama yayıb.

Səfirliyin "Twitter” hesabında yazılıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Cenevrədə Ermənistan və Azərbaycanın Xarici İşlər nazirləri ilə görüşdülər.

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində kömək etmək üçün qətiyyətli olaraq qalır”, - deyə bildirilib.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Cenevrə danışıqları ilə bağlı bəyanat yayıb.

Bildirilib ki, üç gün davam edən intensiv müzakirələr zamanı həmsədrlər və nazirlər həm birlikdə, həm də ayrı-ayrılıqda görüşüb, fikir mübadiləsi aparıblar.

Danışıqlarda ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov, fransalı həmsədri Stefani Viskonti və amerikalı həmsədri Endryu Şofer iştirak edib. Daha sonra müzakirələrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qoşulub.

Üç gün davam edən intensiv müzakirələr zamanı həmsədrlər və nazirlər gündəliyin aşağıdakı maddələrini müzakirə ediblər:

2019-cu ildə müzakirə olunan razılaşma və təkliflərin icrası və əhalini sülhə hazırlamaq üçün mümkün addımlar;

Gələcəkdə birgə yaşayışın əsasını təşkil edən prinsiplər və elementlər;

Nizamlama prosesinin irəliləməsinin vaxtı və gündəliyi.

Nazirlər yaxın vaxtlarda həmsədrlərin iştirakı ilə yenidən görüşməyə razılıq veriblər.(oxu.az)