adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
31 Yanvar 2020 10:31
14762
MƏMLƏKƏT
A- A+

Azərbaycanda altı aylıq körpə həkim səhlənkarlığından ölüb?

Azərbaycanda altıaylıq körpə ölüb.

APA-nın məlumatına görə, ötən il iyul ayında anadan olan Cavadov Sübhan Niyaməddin oğlu yanvarın 27-də valideynləri tərəfindən onda yaranmış "qəbizlik” və "qusma” şikayətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Yoluxucu şöbəsinə müraciət edib.

Uşağa həkim tərəfindən ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

Yanvarın 29-da uşaq həmin şikayətlərlə yenidən xəstəxanaya aparılıb. İlkin müayinələr zamanı S.Cavadova "bağırsaq keçməzliyi” diaqnozu qoyulub və təcili Bakıda yerləşən xəstəxanalardan birinə aparılması məsləhət görülüb.

Altı aylıq körpə Bakıya gətirilərkən yolda ölüb.

Uşağın atası Niyaməddin Cavadov övladının həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edərək, bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma başlanıb.