adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
31 Yanvar 2020 09:33
49645
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: TƏSƏLLİ ŞEİRİ

Mən sənin gözlərində
Gözümü axtarmışam...
Səni gəzdiyim zaman -
Özümü axtarmışam...

Ürəyin mənimlədi
Gözlərin ki, yanında...
Mən səni duyduğum tək -
Sən məni duy canında!..

Bir ürəyin yarısı
Bir sevginin odu tək...
Məni görmək istəsən -
Güzgüyə bax, otu tək!..

Səndə sevgi gerçəksə
Bax özünə, bax, anla...
Dodaqların isinsə -
Gözlərini sığalla...