adalet.az header logo
  • Bakı 13°C
30 Yanvar 2020 17:15
11110
GÜNDƏM
A- A+

Su hövzələri qadağan olunmuş ov alətləri və sintetik torlardan təmizlənib

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Mingəçevir və Varvara su anbarları, Qarabağ və Şirvan suvarma kanalları ətrafında keçirilib.

Regional Ekologiya İdarəsinin, Mingəçevir Su polisinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı sözügedən ərazilər qadağan olunmuş ov alətlərindən və sintetik torlardan təmizlənib.

Bunu Adalet.az-a 8 saylı Regional Ekologiya İdarəsinin rəisi Fazil Şükürov bildirib.

İdarə rəisi qeyd edib ki, qadağan olunmuş alətlərlə balıq ovlanması təbiətimizə qarşı düşmənçilikdir, balıq ehtiyatlarının kökünün kəsilməsi deməkdir. "Belə vandal vasitələrlə balıq ovlanmasının qarşısının alınması bu gün üçün vacib və aktualdır. İctimaiyyət nümayəndələrindən xahiş edirik ki, qadağan olunmuş ov vasitələri, sintetik torlar, elektrik cərəyanları ilə balıq ovlayanların kimliyi barədə hüquq-mühafizə orqanlarına və bizə məlumat versinlər”.