adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Yanvar 2020 17:10
9549
GÜNDƏM
A- A+

Seçkilərdə “exit poll” keçirəcək təşkilatların sayı artıb

Fevralın 9-da Milli Məclisə seçkilərdə 5 qurum "exit poll” keçirəcək.

Adalet.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, artıq "exit-poll" keçirmək istəyən təşkilatların müraciətlərinə baxılması müddəti bitib və "exit-poll" keçirmək istəyən təşkilatların müraciətinə müsbət cavab verilib.

Qeyd edək ki, parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının "AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə, Rəy Monitoqrinq Mərkəzi, "İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun Fransanın "Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə "exit poll” keçirəcək qurum kimi qeydə alınıb.