adalet.az header logo
  • Bakı 20°C
04 Fevral 2020 09:55
70227
ŞOU-BİZNES
A- A+

Dünyanın şou-biznes gündəmi-yarıçılpaq aksiya, ayrılıq dərdi, geyim qalmaqalı...

Hər gün”müqəddəs” şou biznesimizdə olan yeniliklərdən: dodağın, sinəsin, ombasını şişirdən, naməhrəm yerlərini, naməhrəm özəlliklərini ictimaiyyətə sərgiləyən, naməlum kişidən uşaq dünyaya gətirib onu utanmadan reklam edən, konsert, sənət nümayiş etdirməklə deyil, seksual pozaları ilə gündəm olan məşhurlarımızı nəzərinizə çatdırırq. Bu gün vərdişimizə xilaf çıxaraq dünya şou-biznesi haqqında məlumatlardanda yazaq ki, özümüzünkülər bir az dincəlsin, nəfəs alsın... İndi başlayaq dünya turuna...Görək, onlar nə işlə məşğul olur.

. Bar xanım bu reaksiyalara nə cavab verəcək...

Deməli, israilli məşhur model, 30 yaşlı Bar Refaeli ərə gedir. Həm də biznesmen Adi Ezraya. Cütlüyün toyu "Carmel Forest Spa Resort” hotelində baş tutub. Bura qədər hər şey normal!Amma məşhur modelin toyu ilə bağlı İsrail rəsmilərindən bir tələbi isə ölkədə geniş müzakirələrə səbəb olub.Yəhudi qardaşları əsəbləşdirən səbəb Bar xanımın toyu çəkmək istəyən paparazzilərin qarşısını almaq üçün toyun keçirildiyi hotelin hava sahəsinin uçuşlara bağlanmasını istəməsi və Mülki Aviasiya İdarəsinin bu istəyə müsbət cavab verilməsi olub. Əhali arasında kəskin reaksiya ilə qarşılanan bu cavab hətta İsrailin Nəqliyyat naziri Yisrael Katzı da özündən çıxarıb. O, qərarın ləğv edilməyəcəyi halda Mülki Aviasiya İdarəsi sədrini vəzifədən qovmaqla təhdid edib. Görək, Bar xanım bu reaksiyalara nə cavab verəcək...

Rihanna ayrılığa dözmədi...

Melanxolik, dramatik, etik, poetik şəkildə Səudiyyə Ərəbistanından olan milyarder nişanlısı, iş adamı Həsən Cəmillə ayrıldıqdan sonra Rihanna eşq əzablarına dözə bilməyib. ( O dəqiqə hamının ağlına intihar gəlir)

Beləki, 31 yaşlı Barbados gözəli öz yaşıdı, tanınmış repçi ASAP Roki ilə artıq görüşməyə başlayıblar. Deyilənə görə, Nyu-Yorkda xeyriyyə konsertində iştirak edən Rihanna ilə Rokigecəni hoteldə keçiriblər.

Yox, nə gözləyirdiniz?Aygün Namiqdən ayrılanda sstresə düşdüyü kimi elə bilirsiniz Rihannada "depresyondayım, unutuldum, aldadıldım, sevgilimdən ayrıldım” deyəcək?

Hadisə 100 min lirəlik geyim sifarişi verib - Zəlzələ...

Hər zaman libasları ilə müzakirə yaradan türkiyəli müğənni Hadisəni hamımız yaxşı tanıyırıq. "Evrovision” musiqi yarışmasında iştirak edəndə 12 balda verdik. Sonra Azərbaycan-Ermənistan arasında başlayan 4 günlük Aprel döyüşlərində ikinci dövlətə dəstək nümayişi sərgiləyərək onların bayrağını əks etdirən geyimi ilə yaddaşımıza köçdü.


İndi də dünyaca məşhur "Versace” brendinə sifariş verərək özəl geyim tikdirir.

Hadisənin libası, aksessuar və ayaqqabı ilə birlikdə 100 min lirə (28 min 530 manat – red) dəyərində olacaq.

Səhv etmirəmsə, bu yaxınlarda Türkiyənin şərqində baş verən zəlzələ nəticəsində ən azı 35 nəfər ölüb, 1607 insan insan xəsarət alıb. Episentri Elazığın Sivrice bölgəsində olan 6,8 bal gücündə zəlzələ Malatya bölgəsində də güclü dağıntılar törədib.

Rəsmilər Elazığ və Malatyada 76 binanın dağıldığını, 645 binaya ciddi şəkildə zərər dəydiyini və 12 binanın qəzalı vəziyyətdə olduğunu açıqlayıb. Görən Hadisə bunu bilir?? Ya oda türkiyəli müğənni Bülənt Ərsoya 100 min dollarlıq üzük bağışlayan azərbaycanlı Nigar Məmmədova kimi öz vətənində baş verənlərdən xəbəri yoxdu. Nəisəki, möminlərimiz demiş, Allah hidayət eləsin.

Kinzinin "lüt” aksiyası

Əziz oxucular bəlkə də bir çoxunuzun yadına gələr, bir Model Kinsi Volanski vardı. O, Madriddə Çempionlar Liqasının final mərhələsində meydana çimərlik geyimində çıxmışdı. Polyak əsilli model həmin vaxt 15 min avro - meydana daxil olduğu üçün UEFA tərəfindən beşmin avro, rusiyalı sevgilisi Vitali Zdorovetskinin "Youtube”dakı pornoqrafiyadan bəhs edən səhifəsini qanunsuz reklam etdiyinə görə isə İspaniya polisi tərəfindən 10 min avro cərimələnmişdi. Bax, həmin Kinsi xanımın bundan ağlı başına gəlməyibdir ki, yeni bir addım atıb.



Çılpaq nümayiş keçirməyi özünə hər zaman məqsəd seçən model, aviaqəzada həlak olan futbolçu Kobe Brayantın şərəfinə yarıçılpaq aksiya keçirdi

Model Kinsi Volanskinin aksiyası iləAvstriyanınŞladminq şəhərində keçiriləndağ-xizək idmanı üzrə Dünya Kubokununmərhələsi yarımçıq qalıb.

Belə ki, yarıçılpaq model faciəvi şəkildə həlak olmuş məşhur basketbolçu KobeBrayantın şərəfinə əlində plakatla meydana çıxıb.

Sosial şəbəkə istifadəçiləri modelin aksiyasını sərt şəkildə tənqid ediblər. Bir çoxları modelin diqqəti öz üzərinə cəmləmək məqsədilə Brayantın ölümündən istifadə etdiyini deyib.Maraqlıdı, elə nə hadisə baş versə, Kinsi xanım soyunub girəcək meydana?


Əntiqə Rəşid

Adalet.az