adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Yanvar 2020 12:44
6321
HADİSƏ
A- A+

Saatlılda polislər qəzaya düşdü - Yaralılar var

Yanvarın 29-da saat 23 radələrində Saatlı şəhəri M.F.Axundov küçəsində Bakı şəhər sakini Cavid Bağırov idarə etdiyi "Jeep-Wrangler” markalı avtomobili qarşıda gedən Saatlı Rayon Polis Şöbəsinə məxsus xidməti "Fiat-Doblo” markalı avtomobilə arxadan vurub.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nəticədə xidməti avtomobildə olan 4 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə DİN-in A.Heydərov adına hospitalına yerləşdiriliblər.

Araşdırmalar zamanı "Jeep-Wrangler”in sürücüsünün sərxoş halda olması müəyyən edilib.