adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Yanvar 2020 11:23
14655
MƏMLƏKƏT
A- A+

Bakı metrosunda gözdən əlillər üçün taktil plitələr döşənməsinə başlandı

Bakı Metropoliteninin stansiyalarında taktil plitələri döşənir.

Bu barədə Adalet.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, adıçəkilən plitələr stansiyaların platformalarında hüdud xətti ilə paralel çəkilir: "Bu plitələr əsasən görmə imkanı məhdud olan şəxslər üçün nəzərdə tutulub. Bu, həm hüdud xətti, həm də görmə qabiliyyəti məhdud olan sərnişinlər üçün hərəkət zolaqlarıdır".

Qurum rəsmisi bildirib ki, bu zolaqlar əsaslı təmir edilən bütün stansiyalarda girişdən platformaya qədər quraşdırılacaq: "Artıq "Koroğlu" metro stansiyasında görmə qabiliyyəti məhdud insanlar üçün sarı zolaq çəkilib. Hazırda taktil plitələrin digər stansiyalarda da döşənməsi istiqamətində tədbirlər görülür".