Getdikcə Hitlerə haqq qazandırmağa başlayıram... - Eminquey yazır

EMİNQUEY AKİF
87929 | 2020-02-03 08:16

Yenə birqətl, yenə məhv olan bir ümid toxumu...

Masallıda 16yaşlı qızı 19 yaşlı oğlana ərə veriblər. Üstündən bir həftə keçib, oğlan qızıöldürüb. Əslində isə cinayət çoxdan həyata keçirilib. Yəni bu, Fatimə üçünəvvəlcədən planlaşdırılmış cinayətin xətm olunması idi. Bəs, yaxşı cinayətinilk addımı nə vaxt atılıb?

Fatiməni 16yaşında ərə verəndə...

Bəli, qanunla16 yaşlı qızın ərə verilməsi cinayətdir. Yalnız 17 yaşı varsa, ailələrinrazılığı ilə evlilik qeydə alına bilər. Bəs, yaxşı, gəlin görək həmin bölgədədövlət nigahı önəmli sayılırmı? Bunu həmin zonada yaşayan ağlı başında olanadamlar da deyir ki, oranın insanları dinə çox bağlıdırlar. Onlar üçün mollakəbini daha vacibdir. Və ola bilsin ki, Fatiməni də molla kəbini ilə ərəveriblər. Və əminəm ki, molla kəbinini üstün tutan adamlar qızlarını 14-15yaşında da ərə verirlər və yaşı çatandan sonra gedib rəsmi dövlət nigahıkəsdirirlər. Amma bu toy gizlində baş verməyib axı. Vağzalıyla, el adətiyləhansısa restoranda toy çalınıb. O restoranın yiyəsinin də bu cinayətdə əliyoxdumu? Düzdür, razıyam, deyərsiniz ki, restoran sahibinə nə var? Pulunu alır,toya sahiblik edir. Və ixtiyarı nədir ki, camaatın işinə qarışsın?! Amma, lakinvə ancaq.... Niyə qanunsuz bir işə qol qoymamaqdan qorxur insanlar? Bu, nədərəcədə insanların şəxsi işi ola bilər? Bir qızın 16 yaşında ərə verilməsiqanunla cinayətdir, şəxsi iş, şəxsi həyat yox.

Ümumiyyətlə,artıq bu cinayətlər şəxsi məsələ, məişət mövzusu olmaqdan çıxıb. Bu, artıqcəmiyyəti tənəzzülə aparan hadisədi. Və bu hadisələr gündə baş verir. Beləhadisələrə susqunluqla yanaşmaq cəmiyyətin tənəzzülə uğramasına razı olmaqdeməkdir.

Bəs, yaxşı,bu insanlar niyə qadınları əşya kimi istifadə etməyi özlərinə borc bilirlər?

Keçən dəfəkiyazımda Azərbaycanın önəmli qadın simalarının adını çəkmişdim. Bu dəfə misalımıdünyadan çəkmək istəyirəm.

Tarixiçoxluqla kişilər yazır. Sanki tarixə yön verən də elə onlardır, tarixkitablarında əsasən onların adları keçir. Qadınlar isə əsasən ikinci planda, yakişilərin dəstəkçiləri kimi, ya da tək-tük uğurlarla qalıb. "Əsasən” deyirik, çünki tarixə yön verən, güclüqadınlar var.

Məsələn, MariyaKüri... Dünyanın bugünkü hala gəlməsində təsirli rolu olan, elmin inkişafetməyə başladığı 1900-cü illərdə tanınan tək alim qadındır. Mariya Küripolonium və radium adlı elementləri ayırıb adlandırmışdı. Radioaktivlərüzərində önəmli çalışmalara imza atmış və radiologiya elmini yaratmışdı.1906-cı ildə "Ümumi fizika professoru” olaraq Sorbonne Üniversitetində fizikabölümünə qəbul olmuş və həmin dövrdə bu ünvanı daşıyan yeganə qadın olmuşdu.Eyni zamanda 1903-də Fizika və 1911-də Kimya Nobel mükafatına layiq görülmüşdü.

Sonra...

Janna Dark hələ16 yaşında ikən qalxanını geyinib, qılıncını da götürüb Fransanınmüharibələrində ən ön cərgələrdə savaşmışdı. İnsanlara yol göstərib, ölkəsini İngiltərəyəqarşı qorumuşdu. Özünə İsadan vəhy gəldiyini dediyi üçün cadugər adlandırılaraqyandırıldı. Lakin ölümündən 490 il sonra Vatikan tərəfindən əzizə elan edildi.

Sapfonun E.ə570-də yaşadığı bilinir. Tarixin ilk qadın ədəbiyyatçısıdır. Eyni zamanda Yunanteatrının ilk qadın oyun yazarıdır. Coşqun və cəsur şeirləri ilə ön planaçıxmışdı. Amma əslində Afroditə aşiq olduğu üçün lezbiyan adlandırılmışdı. Qadınlarınazadlığı üçün çox çalışıb.

Şahzadə Dianaİngiltərədəki qatı krallıq qaydalarını və soyuqluğu heçə sayaraq xalqla əlaqəyəkeçdi. Cəmiyyətin alt təbəqələri ilə yaxın münasibətlər qurdu, xeyriyyə işlərigördü və çox sevildi. Şahzadə olmasına baxmayaraq, saray həyatı ona uyğundeyildi. Azad olmaq istəyirdi. 1997-ci ildə özəl həyatına müdaxilə edənpaparazzilər tərəfindən öldürüldü. Cənazəsinə isə hər təbəqədən insanlar qatıldı.

Mary Şelleygördüyü bir yuxuya əsaslanaraq yazdığı "Frankenstein or theModern Prometheus” ilə əfsanə oldu. Amma o sadəcə məşhur Frenkenştaynıyaratmaqla tanınmır, eyni zamanda feminizmin ilk toxumlarını atmış biri kimi dətanınır. İngiltərədəki qadın haqlarının rəsmiləşdirməsi fikrini ilk dəfə oirəli sürüb.

Anne Frank Nasist Almaniyasıdövründə 13 yaşında idi və Amsterdamda atasının ofisində gizlənirdi. Burada,yaşadıqlarını gündəliyinə yazıb, Nasist zülmünü bütün dünyaya çatdırdı. Busəbəblə də Yəhudi soyqrımının simvolu oldu.

I Elizabet özünü İngiltərə iləevli elan etmiş və İngiltərənin azadlığını bildirmişdi. Siyasi və iqtisadiolaraq ən uğurlu dövrlərdən birinin kraliçasıdır. Eyni zamanda çox fərqlicəhətləri də var idi. Məsələn, heç vaxt evlənməmişdi. 13 yaşında 4 ilöyrənmişdir. Olduqca bəzəkli paltarlar geyinmiş və bəyaz makiyaj modasınıyaratmışdı.

Koko Şaneli "Modakeçicidir, amma tərz qalır” deyimi ilə xatırlayaq. O bu sözləri ilə modayamodernizmi gətirmişdir. Ondan əvvəl bəzəkli qiyafələr, şapkalar və qabarıqətəklər var idi. O, qadınlar üçün şalvar dizayn etdi.Azad və güclü qadın simvolu oldu.

Deqradasiya...

Kim çıxaracaqbizi bu tənəzzüldən?

Yazdıqlarımızınnəticəsi olmur...

Və mən təəssüfki, cinayətə qarşı olduğum halda Hitlerə haqq qazandırmağa başlayıram.

İnsanlığıməhvə aparan bütün insanlar məhv olmalıdı, əgər başqa əlac yoxdursa...

TƏQVİM / ARXİV