Əbülfət MƏDƏTOĞLU: ARZU
Sən məni iynə ucu
Özünə yaxın saxla...
Gözümü bu məsafə -
Pərdəsi ilə bağla...
İşığın, nurun kimi
Sudan da durun kimi...
Özəl qürurun kimi -
Məni , özünə tağla!..
Lap məni təzdən yarat...
Təki ömrə vüsal qat!
Bir andı! -bilib, həyat -
Sevgimə sən gün ağla!..
Hisslərimə heç səthi
Baxıb, rəhm etmə qəti!
Atıb sənli cənnəti -
Köçməyim bu günahla!..