adalet.az header logo
  • Bakı 20°C
29 Yanvar 2020 16:15
9260
GÜNDƏM
A- A+

Daha bir təşkilata seçkilərdə exit-poll keçirmək üçün akkreditasiya verildi

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində exit-poll keçirmək istəyən daha bir təşkilatın müraciətinə baxılıb.

Adalet.az-ın məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında exit-poll keçirmək istəyən "Rəy” Monitorinq Mərkəzinin müraciətinə baxılıb. MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, bu təşkilat Azərbaycada əvvəlki seçkilərdə də exit-poll keçirib və bu sahədə kifayət qədər təcrübəsi var. Bu dəfə də həmin təşkilat 118 seçki dairəsi üzrə 1080 seçki məntəqəsində exit-poll keçirmək niyyətindədir.

Müraciət səsə qoyularaq qəbul edilib.