adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Yanvar 2020 13:26
12811
GÜNDƏM
A- A+

Azərbaycan 27 ölkə üçün peyk xidməti göstərir

2019-cu il ərzində "Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 43,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, "Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib.

2019-cu ilin dekabr ayında isə "Azərkosmos” ASC dünyanın 22 ölkəsinə 2,9 milyon ABŞ dolları dəyəri xidmət ixrac edib. 2018-ci illə müqayisədə 2019-cu ildə "Azərkosmos” ASC-nin xidmət ixracı 70 faiz artıb.

"Azərkosmos” ASC-nin 2018-ci il ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Birləşmiş Krallıq, Malaziya, BƏƏ və digərləridir.