adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Yanvar 2020 09:31
26309
ŞOU-BİZNES
A- A+

Tanınmışların tanınmış övladları - Siyahı

Tanınmış bəstəkar Nadir Əzimovun qızının görüntüləri yayılıb.və izləyicilərin marağına səbəb olub.

Bəstəkarın qızı Ləman Əzimova öz sosial şəbəkə hesabında fotosunu paylaşıb . Yəqin ki, bir çoxunuz Ləman Əzimovanın səhnə fəaliyyəti olduğunu və müğənnilik etdiyini bilmirdiniz.

Bəli, bəzi məşhurlar övladlarını mediadan kənar tutsa da, bəzilərinki valideynləri qədər məşhurdur. Onların bir çoxu artıq şou-biznes aləmində məşhurdurlar.

Adalet.az onlardan bir neçəsini oxucularına təqdim edir.

Siyahımıza ilk başçılıq edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, sabiq mədəniyyət naziri, Azərbaycanın xalq artistiPolad Bülbüloğludur. O, sovet dönəmində SSRİ xalq artist, tanınmış müğənni olub.

Müğənni Elşad Qarayevin oğlu Rəvan Qarayevdə atasının peşəsini davam etdirir. Onlar hətta duet ortağıdırlar.

Xalq aristi, xanəndə Alim Qasımovun qızı Fərqanə Qasımova atası ilə birgə fəaliyyət göstərir. O hazırda tanınmış xanəndədir. Xalq artisti Aygün Kazımovanın qızı İlqarə, xalq artisti, mərhum kaman ustası Habil Əliyevin oğlu Rəvan Habiloğlu, Şair Vüqar Əhmədin qızı Alma xanım Əhmədova, əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva, Əməkdar artist, müğənni-bəstəkar Elza Seyidcahanın oğlu Ələkbər, mərhum müğənniVidadi Bərdəlininqızı Aytac Bərdəlii façılıqla məşğuldur.

Aktyorlardan isə ilk öncə MəmmədsadıqNuriyevi və onun oğlu Xalq artisti tanınmış aktyor Yaşar Nuriyevi xatırladıq. Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz, əməkdar artist Çingiz Əhmədovun oğlu İbrahim Çingiz, Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Qarayeva və başqalarının adını çəkmək olar.


Əntiqə Rəşid