adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Yanvar 2020 12:27
16516
MƏMLƏKƏT
A- A+

Bu ay Azərbaycana neçə çinli gəlib? - Açıqlama

Bu il yanvar ayının 1-dən Azərbaycana gələn, ölkədə 15 gündən artıq qanuni əsaslarla olan və yaşayan Çin Xalq Respublikası vətəndaşlarının sayı 79 nəfərdir.

BunuReport-a Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərli deyib.

E.Kələntərlinin sözlərinə görə, həmin şəxslər olduğu yer üzrə qeydiyyata alınan, müvəqqəti olma müddəti uzadılan, o cümlədən müvəqqəti və ya daimi yaşama icazəsi alan əcnəbilərdir.

DMX rəsmisi xatırladıb ki, ölkəyə gələn əcnəbilər əsasən Avropa və MDB dövlətlərinin vətəndaşlarıdır: "Bununla yanaşı, ölkəmizə dünyanın bütün qitələrindən gələnlər var”.