adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Yanvar 2020 12:01
44071
MARAQLI
A- A+

Öləndən sonra da hiss edirikmiş

Southampton universiteti 2 min adam üzərində təcrübə aparıb. Təcrübənin nəticələri çox maraqlı olub. Bu təcrübəyə qədər elm adamları bir insanın beyninin ürək bədənə qan ötürməsini dayandırdıqdan 30 saniyə sonra öldüyünə inanırdı.

Yeni araşdırmalar bunu göstərir ki, insanların ölümdən sonrakı 3 dəqiqə ərzində şüurları açıq qala bilir. Elm dünyasında cığır açan bu araşdırmanı həyata keçirən komandanın başında dayanan Dr. Sam Parnia deyib:

"Düşündüyümüzün əksinə ölüm müəyyən bir anda gəlmir. Ciddi bir xəstəlik, ya da qəza nəticəsində ürək, ciyərlər və beyin iş qabiliyyətini itirməyə başlayar. Tibbi müdaxilələr sayəsində bu zaman tərsinə çevriliv ani bir şəkildə ürəyi dayanan adamı qurtara bilər. Bu müdaxilələr işə yaramayanda ölüm meydana gələr”.

Aralarında Avstriya, ABŞ və İngiltərəli xəstələrin də olduğu keçmişdə ürəyi dayanaq həyatda qala bilmiş 2060 insanda aparılan araşdırmalar nəticəsində bəlli olub ki, xəstələrin 40 faizi kliniki ölüm keçirtdikləri açıqlandıqdan sonra şüur fəaliyyətlərinin davam etdiyinə dair bəzi şeyləri xatırladıqları aşkara çıxıb.

Dr. Parnia:

"İnsanlar ürək dayanmasından sonra yaşadığı təcrübələri başda daha canlı bir şəkildə xatırlayır, fəqət yaxşılaşmağa başladıqları müddətdə yaddaşlarında qalan anlar azalmağa başlayır. Xəstələrin 2 faizinə görə isə ölümdən sonra bədəndən çölə çıxıb fiziki dünyanı görmək mümkündü".

Araşdırmaya görə, 57 yaşlı bir xəstə ürəyi dayandıqdan sonra ətrafında baş verən hadisələri hətta ən xırda detalına kimi xatırladığını deyib.