adalet.az header logo
  • Bakı 19°C
29 Yanvar 2020 11:37
27488
DÜNYA
A- A+

Elazığda ölən insanlar zəlzələ qurbanı yox, işbazların qurbanı oldular

41 insanın öldüyü zəlzələdə çökən binalarda araşdırmalar aparılıb. 1999-cu ildə Yalovadakı binaların tikilməsində dəniz qumundan istifadə olunduğu aşkarlanmışdı. Mütəxəssislər Elazığda çökən binalarda isə təmizlənməməiş dərə qumu aşkarladılar. Binaların təməl dirəkləri incə tikilib, içindəki dəmirlər də incə dəmirlər olub. Şəhərdəki köhnə binaların 70-80 faizinin yaxınlıqdakı Quyulu dərəsindən yığılan keyfiyyətsiz qumla tikildiyi aşkar olunub. Biraz uzaqda olan Murad çayında keyfiyyətli qum olduğu halda işbazlar qazanc naminə keyfiyyətsiz qumdan istifadə ediblər.

Yəni insanlar qazanc uğruna öldülər.