adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Yanvar 2020 11:26
26943
DÜNYA
A- A+

Son dəqiqə: Trump “Yüz ilin razılaşması”nı açıqladı

ABŞ prezidenti Donald Trumpla İsrailin baş naziri Binyamin Netanyahu təşkil etdikləri ortaq mətbuat konfransında "Yüz ilin razılaşması” adlı təktərəfli planı açıqladı. Trump "Qüds bölünmədən İsrailin paytaxtı olacaq” deyib.

Trump konfransda bunları deyib:

"Hər iki tərəf də sülh istəyir və İsrail sülhü həqiqətən də çox istəyir. Gələcəkdə Fələstin dövləti ola biləcək bir torpaq da yaradacağıq və burada terrorizmi qəti şəkildə rədd edəcək olan bir Fələstin dövlətindən bəhs edirik.

Burada Qüds bölünmədən İsrailin paytaxtı olacaq. Amma bu çox böyük bir şey deyil, çünki mən onsuz da bunu sizin üçün etdim. Bu şəkildə olacaq. Mənə görə İsrail üçün cızdığımız bu sərhədləri ABŞ rəsmi olaraq tanıyacaq İki dövlətli keçid vaxtı nə olmasından asılı olmayaraq İsrail dövlətinin təhlükəsizliyi qorunacaq.

Gecə klublarına, avtobuslara olan hücumlar, basqınlar bir daha geri gəlməyəcək. Mən İsrail üçün çox şey etdim. ABŞ səfirliyini Qüdsə köçürtdüm. Qolan təpələrinin İsrailə aid olduğunu tanıdım.

Fələstinin müstəqil bir ölkəyə sahib olmaq şansı olacaq....

İran ilə nüvə razılaşmasından geri çəkilməyin ABŞ üçün vacib şeylərdən biri olduğunu deyən Trump həmçinin bunları deyib:

"Ən önəmlisi İranla bu qorxunc nüvə razılığından ABŞ-ın çıxmasını təşkil etdim. Dürüst olmaq lazımdırsa, bəlkə də ən vacibi bu idi. Fələstinlilər üçün də çox şey etməyim gərəkdir. Əks halda ədalətsizlik olar.


Fələstinlilərin də müstəqil bir ölkəyə sahib olmaq şansı olacaq. Bu xəritə ilə paytaxtı Şərqi Qüds olan bir Fələstin olacaq. İllərlə Fələstin xalqına verilən sözlər yerinə yetirilmədi və onların xəyal qırıqlığı yaşadıqlarını bilirəm. Onlar bunu unutmadılar. Bizim ortaya qoyduğumuz plan onların torpaqlarını iki qat artıracaq. Paytaxtlarında bir ABŞ səfirliyi qurulacaq.

50 milyard dollar dəstək

Fələstin xalqının öz ayaqları üstündə dayanacağını və gəlirinin iki, üç qat artacağını iddia edən Trump deyib:

"İsrail İordaniya kralı ilə birlikdə işləyərək bölgədəki müqəddəs məbədlərin təhlükəsizliyini təmin etmək üçün birlikdə iş görəcəklər. 50 milyardlıq bir dəstəklə birlikdə yeni qurulacaq Fələstin dövlətinin iqtisadiyyatı təsis ediləcək. Bir milyon fələstinli üçün iş imkanı yaranacaq.


Trumpun "Twitter”dəki paylaşımı: