adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Yanvar 2020 10:05
30303
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: TƏSƏLLİ

Allah, hikkəsin toplayıb
Həsrət mənə tərs-tərs baxdı...
Sümüklərim də göynədi -
Ruhumun üşüyən vaxtı...

Kirpiklərim tamam çal duz
Vağanıyıb dərə, yal , düz...
Yuxuda gördüyüm sal buz -
Əriyib içimdən axdı...

Xəyalım bələk olubdu
Tay canım ələk olubdu...
Qələmi lələk olubdu -
Mənə yazanda bu baxtı...

Hər gün içdəki talanda
Matdı doğru da, yalan da!
Tükdən asılı qalanda -
Təsəllidi şair taxtı!