adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Yanvar 2020 17:19
28013
MƏMLƏKƏT
A- A+

“USE” MMC və AİR Aarasında əməkdaşlıq memorandumu imzalanıb

"USE” MMC və "Azərbaycan İnsan Resursları Asosiasiyası” İctimai Birliyi (AİRA) arasında 28 Yanvar 2020-ci il tarixində Bakı Bulvar Oteldə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumun məqsədi insan resurslarının davamlı peşəkar inkişafına yönəldilmiş sahələrdə fəal əlaqələr yaratmaq, tərəflərin ən qabaqcıl təcrübəsini paylaşmaqla, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində öz səylərini birləşdirməkdir.

Əməkdaşlıq memorandumuna əsasən AİRA bundan sonra "Chartered Institute of Personnel and Development”(CIPD) sertifikasiya proqramı üzrə Azərbaycanda və digər ölkələrdə hazırlıq kursları, sınaq imtahanları təşkil edəcək, "CIPD”ni digər icazə verilmiş sahələr və əməliyyatlar üzrə "USE” MMC ilə birlikdə təmsil edəcək.

Həmçinin iş həyatının daha da yaxşılaşdırılması, əmək münasibətlərinin və əmək qanunverciliyinin müasir biznesin çağrışlarına cavab verilməsi istiqamətində tədbirlərin görülməsi, inovativ iqtisadiyyatın tələblərinə cavab verən kadr hazırlığı prosesinə istiqamət və dəstəyin verilməsi, korporativ sosial məsuliyyət üzrə çoxistiqamətli fəaliyyətlərin dəstəklənməsi üzrə tərəflər birlikdə fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyi (AİRA) iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalının inkişaf etdirilməsi məqsədi ilə İnsan resursları sahəsində fəaliyyət göstərən mütəxəssislərin təşəbbüsü və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1118-Q64-3669 nömrəli 28.09.2018-ci il tarixli qərarı ilə yaradılmışdır. "Mercer Türkiyə” ilə birlikdə "İstedadların və Mükafatlandırma Sisteminin İdarə Edilməsi" konfransı, MERCER-in birgə təşkilatçılığı ilə "Vəzifə və peşə qiymətləndirilməsinin beynəlxalq metodologiyası” ("İnternational Position Evaluation (IPE) Methodology") mövzusunda masterklassı kimi böyük tədbirləri təşkil etmiş, ölkə səviyyəsində insan resurları idarəetməsinin keyfiyyətinin yüksəldilməsi üçün "Mercer”, "Peryön” və "Mental” kimi beynəlxaq şirkətlərlə tərəfdaşlıq edir.

USE MMC artıq 11 ildən çoxdur ki, "Work and Travel”, Camp Counselor, High School, xaricdə təhsil, müxtəlif şirkətlərə korporativ təlim proqramlarını həyata keçirir və bu təmlər çərçivəsində bir çox böyük şirkətlərlə əməkdaşlıq etmişdir.