adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Yanvar 2020 16:01
20758
DÜNYA
A- A+

Antarktida yenidən tədqiq olunacaq

Rusiya Hərbi-Dəniz Donanması bu il həyata keçirəcəyi dünya səyahəti çərçivəsində Antarktidanı yenidən tədqiq edəcək.

Adalet.az-ın məlumatına görə, 6 ay davam edəcək dünya səyahəti qitənin kəşf olunmasının 200 illiyinə həsr olunub.

Qeyd edilir ki, ekspedisiya zamanı Antarktidada irimiqyaslı hidroqrafik və hidroloji tədqiqatlar aparılacaq.

Bundan başqa, cənub maqnit qütbünün yerinin müəyyənləşdirilməsi həyata keçiriləcək.

Tədqiqat zamanı duzluluq, temperatur, səsin suda yayılması, Antarktidanın atmosferinin fiziki xüsusiyyətləri kimi göstəricilər tədqiq olunacaq.

Qeyd edək ki, Antarktida 1820-ci ildə rusiyalı Bellinshauzen və Lazarevin ekspedisiyası tərəfindən kəşf olunub. Qitə ilə əlaqədar ən son tədqiqat məlumatları 1980-ci illərə aiddir.