adalet.az header logo
  • Bakı 13°C
28 Yanvar 2020 13:00
32320
ŞOU-BİZNES
A- A+

Nigar xanımın Bülənt Ərsoya hədiyyəsi - 100 min dollarlıq üzük…

Türkiyə musiqisinin "diva”sı hesab olunan Bülənt Ərsoy yenə də haqqında çıxan xəbərlə gündəm oldu. Bu dəfə ona bahalı üzük hədiyyə edildi. Bizim üçün maraqlı olan odur ki, bu hədiyyəni bir azərbaycanlı iş xanımı "diva”ya bağışlayıb.

Adalet.az xəbər verir ki, bu əliaçıq xanım Azərbaycandakı şirkətlərdən birinin sahibi Nigar Məmmədovadır. Türk mediasında üzüyün dəyərinin 100 min dollar olduğu yazıldı. Sosial şəbəkələrdə isə qızğınlıqla müzakirə edildi və birmənalı qarşılanmadı,

Nigar Məmmədova isə zinət əşyasının qiyməti barədə dəqiq məlumat verməyib:"Qiyməti deməyəcəyəm. Bülənt xanıma nə qədər bahalı hədiyyə verilsə də, onun sənətinin qarşısında dəyərsizdir. Bu barədə daha çox danışmaq istəmirəm”.

Qeyd edək ki, N.Məmmədovanın B.Ərsoya hədiyyə etdiyi üzük brilyant və sapfirdən ibarət olub.

Əntiqə Rəşid